Ailədə hüquqlara hörmət edilməlidir. Amma hüquqlar arasında sərt sərhədlər çəkəcəyiksə, yaşamaq imkanı əlimizdən alınacaq. Ona görə də qadın və kişi bir-birini bağışlayaraq sabit həyat yaratsalar daha yaxşıdır.
Allah "Nəhl" surəsinin 112-ci ayəsində buyurur: "Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı". Baxmayaraq ki, bunun ailə ilə heç bir əlaqəsi yoxdur; Amma ümumi bir misal verilir ki, kimsə nemətə nankorluq etsə, onun rahatlığı qorxu və problemə çevrilər.
Əraf surəsinin 156-cı ayəsində buyurur: Biz rəhmətimizi təqvalı olub, zəkat verib və ayələrimizə iman gətirənlərə verəcəyik.
Allah dostluğu və mehribanlığı ailə sabitliyinin iki amili kimi qeyd etmişdir. Hansı ailədə mehribanlıq olarsa, o ailə yaradılış hədəfinə daha yaxındır. İxtilaf daha çox olan ailə isə Allahın rəhmətindən daha uzaqdır.
Quran nöqteyi-nəzərindən ailədə mərhəmət faktorlarından biri də övlad sahibi olmaqdır. Xüsusən də insan qız övladı dünyaya gətirirsə. Bu səbəbdən də yuxarıdakı ibarətdə buyurur ki, övladlar valideynlərinin ayaqları altında mərhəmət qanadlarını açmalıdırlar. Ona görə də evdə nə qədər çox uşaq, xüsusilə qızlar varsa, bu, mərhəmət mənbəyidir.
* Bu, Quran və Hədis universitetinin rəhbəri Məhəmməd Əli Rzai İsfahaninin Quranın sosial təfsiri ilə bağlı sözlərindən bir hissədir.
3674104