IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 21

Zarafat, iki tərəfi kəsici olan bıçağın üzərində yerimək kimidir

12:59 - July 26, 2023
Xəbər sayı: 3494520
TEHRAN (IQNA) - İnsanları güldürmək cəmiyyətdə yaxşı davranış sayılır. Bəzi reaksiyalar isə bunun əksini bildirir. Zarafat məsələsində, insanları sevindirmək ilə kədərləndirmək arasındakı sərhəd tükdən də nazikdir.

Gülmək Allahın nemətlərindən və insanın təbii hallarından biridir. Gülməyin insana çox yaxşı təsirləri var, çünki insan stressini azalda bilər, depressiyanı böyük ölçüdə sağalda bilər və insanlara kifayət qədər enerji verə bilər. İnsanın başqalarını güldürməsinin və özünü güldürməsinin yollarından biri də zarafatdır. Zarafat, tarazlı şəkildə edildiyi təqdirdə, nəinki pis deyil, həm də mənəvi dəyərlərin bir hissəsi kimi qəbul edilə bilər. Çünki zarafatda ciddi danışıqda olmayan bir azadlıq var. Əgər ona nəzarət olunmasa, təfriqəyə səbəb ola bilər, insanları narahat edə bilər.

Qurani-Kərimdə zarafatla bağlı çox məhdud hissələr var. Buna görə də bu növ ayələrin oxunması xüsusi əhəmiyyət kəsb edir: “Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar” (Mütəffifin, 29-31(.

Bəzi təfsirçilər 31-ci ayənin sonundakı “Fəkihin” sözünü zarafat mənasında qəbul etmişlər.

Bu ayələr fasiqlərin və kafirlərin möminlərə davamlı olaraq, istehzalı və alçaldıcı bir gülüşlə gülmələrindən, möminlərin bir dəstəsinin yanından keçdikləri zaman gözlərini və qaşlarını tərpətərək onlara istehza etdiklərinə işarə edir. Öz ailələrinin yanına qayıtdıqları zaman etdiklərinə görə xoşbəxtliklərini zarafatlarla ifadə edirlər.

Zarafat prinsipinin özündə problem yoxdur. Əgər bu ayələrdə bu şəkildə danışılırsa, kafir və ateistlərin bundan istifadə edərək möminləri ələ salmaq, aşağılamaq, qeybət etmək, böhtan atmaq üçün istifadə etmələridir. Ona görə də onların hərəkətləri bəyənilmir. Adətən, bu cür zarafatları kontrol etmək olmur və düzgün insanlarla edilmir.

Amma zarafat prinsipində heç bir problem yoxdur. Məhəmməd Peyğəmbərin (s) həyat tərzində də gördüyümüz kimi, o, öz səhabələri və başqaları ilə zarafatlaşırdı.

captcha