IQNA

Nəhcül-bəlağənin işığında ictimai həyat / 13

Şeytanın vəfalı davamçıları

17:22 - August 15, 2023
Xəbər sayı: 3494603
TEHRAN (IQNA) - Həzrət Əli (ə) buyurur; "Özünü olduqlarından uca tutanlar, nəfsi sındırıb təvazökarlıq etməyənlər istəsələr də, istəməsələr də, bilsələr də, bilməsələr də qovulmuş şeytanın vəfalı ardıcıllarıdır".

İmam Əlinin (ə) həyatının əsasları Quran əmrlərinə və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində o həzrətin münasibətləri ilahi əmrlər və Peyğəmbərin (s) sünnəsi əsasında qurulmuşdu. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-bəlağə üzrə tədqiqatçı Baxşəli Qənbəri sosial əxlaqı Nəhcül-bəlağənin nəzərindən tədqiq etmişdir. Onun on üçüncü hissəsi “Təkəbbürdən uzaq olmaq” haqqındadır:

"Qasiə" xütbəsi kimi tanınan Nəhcül-bəlağənin 192-ci xütbəsi Nəhcül-bəlağənin ən uzun xütbəsidir. Nəhcül-bəlağənin 239-dan 241-ə qədər olan xütbələrinin heç biri onun qədər uzun deyil. Bu xütbənin maraqlı hekayəsi var. Əmirəl-möminin Əli (ə) Kufədə bu xütbəni söylədi.

Həzrət Əliyə (ə) xəbər çatır ki, qəbilə əhli bir-birinə qarşı fəxr edirlər. Bu deyir ki, mənim əcdadlarım belədir, oda deyir ki, əcdadlarım elədir. Biri deyir ki, var-dövlətim çoxdur, o biri deyir ki, mənim var-dövlətim daha çoxdur. Bu, ona, o da buna, təkəbbürlük edir. İş o yerə çatır ki, Əli (ə) müəzzinə deyir ki, məscidə get və azan oxu. O zaman azan iki formada idi; Bir dəfə namaza görə, bir dəfə də mühüm işə görə azan oxunurdu. Müəzzin də azan deyir, insanlar toplaşır. O həzrət də əvvəldən axıra qədər təkəbbür və lovğalıqla mübarizə aparmaq barədə olan bu xütbəni söyləyir.

Təkəbbür, özümüzü başqalarından üstün hesab etməyimizdir. Məsələn, mən müəlliməm və həmkarlarımla müqayisədə özümü başqalarından üstün hesab edirəm. Bu, təkəbbürdür. Unutmayın ki, təkəbbür başqaları ilə müqayisədə daxilən özünü bəyənməyin nəticəsidir.

İmam Əli (ə) təkəbbür üçün müxtəlif səbəb və amilləri qeyd edir. Lakin səbəb və amilləri izah etməsindən asılı olmayaraq, bu xütbədə buyurur; Təkəbbür edənlər, şübhəsiz ki, şeytanın tərəfdarlarıdırlar. Çünki şeytan öz yaradılışı ilə fəxr edir və Quran ayələrinə əsasən, palçıqdan yaradılmış bir insanın qarşısında səcdə etməkdən imtina edirdi. Bu səbəbdən də, özünü olduqlarından uca tutanlar, nəfsi sındırıb təvazökarlıq etməyənlər istəsələr də, istəməsələr də, bilsələr də, bilməsələr də qovulmuş şeytanın vəfalı ardıcıllarıdır.

Bu səbəbdən, Əli (ə) bu xütbədə vurğulayır və buyurur; Təkəbbürün mənbəyi, təşəbbüskarı və başlanğıc nöqtəsi şeytandır. Təkəbbürlü və dünyada ilk öyünən şeytandır. Əli (ə) buyurur: "Şeytan Adəmi torpaqdan yaranmasına görə özü ilə fəxr etdi. Özünün oddan yaranması ilə məğrur oldu. Deməli, şeytan Allahın düşməni, təəssübkeşlərin rəhbəri və təkəbbürlü olanların başçısıdır". Buna görə də şeytanın vəziyyəti belədir. Şeytanın ardınca gedən bir şəxsin xüsusiyyətlərindən biri də təkəbbür və lovğalıqdır".

4134172

captcha