IQNA

Quranda əxlaqi mövzular / 22

Qəflət insanın yaxşı işlərini aradan aparır

11:06 - August 29, 2023
Xəbər sayı: 3494674
TEHRAN (IQNA) – İnsanın yaxşı əməllərinin yox olmasına səbəb olan zərərli xüsusiyyətlərindən biri də qəflətdir. Dünya və axirətə təsiri baxımından qəflətin növlərini bilmək çox vacibdir.

Quranın bir çox ayələrində insanın qəflət mövzusuna toxunulması onun əhəmiyyətini göstərir. Allah onlarla ayədə qəflətdən bəhs etmiş və bunu insanların məhv olmasının səbəblərindən biri hesab etmişdir:

"Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" (Əraf, 146).

Qəflət geniş əhatə dairəsinə malik olan və hər cür diqqətsizliyi (dünya, axirət və s.) ehtiva edən xüsusiyyət və məfhumlardan biridir. Çox təhlükəli olan və insan həyatının puça çıxmasına səbəb olan qəflətin təsirlərindən biri də insanın zəhmət və əməllərinin aradan getməsidir.

  1. Dünyəvi zəhmətlərin aradan getməsi

Bəzən insan ağır həyat şəraitində çoxlu iş görür və bir qədər sərmayə qazanır, amma kiçik bir səhlənkarlıqla bütün o sərmayəni itirir və ondan heç nə qalmır. Bu, qəflətin dünyəvi təsirlərindən biridir. Yəni insan qəflətdən qaynaqlanan qərarının və səhvinin nəticəsini dərk edir. Bu qəflət onun bütün səylərini puç edər.

  1. Qəflət üzündən axirətdə yaxşı əməllərin aradan getməsi

Ayətullah Məkarim Şirazi qəflətin bu cəhəti haqqında yazır: “Qəflət” insan əməllərinin məhvinə səbəb olur. Qafil və məlumatsız insanlar daha az saleh və xeyirxah işlər görərlər. Əgər xeyir işlər görmək üçün çalışsa belə, “qəflət” onlara Allah üçün xalis əməllər etməyə imkan vermir.

Bu səbəbdən Əmirəl-möminin Əli (ə) buyurur: "Allahın möhlət verməsinin səbəb olduğu qəflət və təkəbbürdən çəkinin, çünki qəflət insanın əməllərini aradan aparar".

Bu hədisin təfsirində belə bir ehtimal da vardır ki, məqsəd gələcək qəflət nəticəsində insanın keçmiş əməllərinin aradan getməsidir; Çünki qəflət günaha, günah isə onun yaxşı əməllərinin məhvinə səbəb olur.

captcha