IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 32

Həzrət İsanın (ə) vəsfi

10:42 - September 15, 2023
Xəbər sayı: 3494740
TEHRAN (IQNA) – Məsih müjdə sözüdür, yəni onun varlığı bütünlüklə xoş xəbər və xoşbəxtlikdir. Bu da peyğəmbərliyin canıdır. Bu müjdə ölüləri dirildə bilər ki, onlar həmin xəbərin sevincindən torpaqdan qalxsınlar.

"Mələklər -dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır" (Ali-İmran, 45).

Bu məqamda ilahi mələklər insanlara danışırlar ki, ey Məryəm, Allah sənə müjdə verir ki, biz Onun kəlmələrindən birini göndərəcəyik ki, onun adı Məsihdir. Ona Məryəm oğlu İsa deyəcəklər. Onu sənin qəlbinə salacayıq. O, yeni və gözəl bir kəlmədir. O, dünyada və axirətdə əziz və şirin olacaqdır. O, Allahın yanında xüsusi yeri olan kəlmələrdəndir.  Bu ayədən başa düşə bilərik ki, Allahın kəlamları, insanların kəlmələrindən fərqli olaraq, obyektiv və zahiri varlıqlardır və müxtəlif varlıq təriflərinə malikdirlər. Amma insanları doğru yola yönəltmək üçün ona bir ad qoyurlar ki, insanlar onu tanıyıb ona müraciət etsinlər.

Məsələn, ağac Allahın rəhmət kəlamlarındandır, ağacın mənasının həqiqəti isə obyektiv zahiri varlıqdır. Yalnız hər bir xalq ağac olan bu şirin məxluqa işarə etmək üçün öz dilində səsli bir söz düzəltmişdir. Biri şəcər (ağac), digəri isə ağac deyir. Bunlar adlardan başqa bir şey deyil, ağac sözü səhrada görünəndir.

Muhyiddin ibn Ərəbi bütün peyğəmbərləri Allahın kəlamı hesab etmişdir. Hər kəlmədən bir gövhər kimi hikmət çıxarıb. “Hikmət ləl-cəvahiratları” adlı kitabında həmin gövhəri elm əhlinə təqdim etmişdir.

Məsih müjdə sözüdür, yəni onun varlığı bütün xoş xəbər və xoşbəxtlikdir ki, bu da peyğəmbərliyin canıdır. Bu müjdə ölüləri dirildə bilər ki, onlar həmin xəbərin sevincindən torpaqdan qalxsınlar.

Əlbəttə ki, hər bir peyğəmbər o xoş xəbəri gətirəndir. Muhyiddin bu müjdə və peyğəmbərliyin tam təzahürünü İsanın (ə) mübarək vücudunda qərar verib. Əlbəttə ki, kitabının başqa bir yerində Həzrət Muhəmmədin (s) məqamına xüsusi bir şəxsiyyət vermişdir.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4118388

captcha