1_ Allahın və Onun vəlisinin qanununa etiraz etmək. Quran buyurur: “Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi?” (Bəqərə, 87). Onlar öz istəklərinə uyğun qanun istəyirdilər və bu, eqoizmdir. Etiraz etdilər ki, məsələn: "Niyə bizə döyüş və cihad əmr etdin!" (Nisa, 77). Səmavi yeməklərin qarşısında deyirdilər: “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama heç vaxt dözməyəcəyik!” (Bəqərə, 61). “Allah bu məsəllə nə demək istəyir?” (Bəqərə, 26).
2_ Tağuta vurğunluq. Tağut Allahın qarşısında durandır. Zalıma itaət etmək bütpərəstlikdir.
3_ Allahdan qeyrisinə üstünlük vermək. Quranda buyurulur: “Əgər insan ata-anasını, həyat yoldaşını, övladlarını və qohumlarını Allahdan çox sevirsə, bu, şirkdir” (Tövbə, 24).
Partiyapərəstlik, xətt və dəstəpərəstlik şirkdir. Məntiqsiz cəhəti olan bəzi təəssübkeşliklər və tərəfdar olmalar şirkdən qaynaqlanır. Əlbəttə ki, haqq yolunda və onun müdafiəsində möhkəm durmaq, qətiyyət göstərmək cahillik üzündən olan təəssübkeşlik fərqlidir.
Qurani-Kərimin “Zumər” surəsində buyurulur: “Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər” (Zumər, 45). Məsələn, deyirik ki, Allahın əmrinə əsasən, bu əməl və ya bir şəxs və ya bir qrupla mübarizə aparmaq lazımdır, çünki bu, ilahi bir tapşırıq və Allahın əmridir; Bəziləri qaşqabaq sallayır, amma biz elə ki, deyirik, beynəlxalq qanunların müəyyən prinsipinə görə ... qaşqabaqları yox olur. “Allah istəyir” desək, qaşlarını çatarlar. “Xalqın intizarı var” desək, sevinərlər. Bütün məsələlərdə vəhy əvəzinə Şərqə və Qərbə baxırlar. Onlar Allah əvəzinə başqasına fikir verib Onun şəriətinin əvəzinə yadellilərin şəriətinə bağlanırlar, bu bir ümmətin azğınlığına işarədir.
Valideynlərə itaətin qadağan olunduğu yer
Quranda beş dəfə ata-anaya yaxşılıq etmək barədə ciddi əmr var: (Bəqərə, 83; Nisa, 36; Ənam, 151; İsra, 23; Əhqaf, 15); Həmin ayələrdən dördündə tövhid və Allaha ibadət məsələsi ilə yanaşı valideynə hörmət məsələsi də gündəmə gəlib. Bu da ondan irəli gəlir ki, insanın varlığı ilk növbədə Allaha, ikincisi isə ata-anaya bağlıdır.
Hədislərdə ata-ana haqqında çoxlu əmrlər var: onlara baxmaq ibadətdir. Bütün bu əmrlərə baxmayaraq, valideynlər övladlarını Allah yolundan döndərməyə cəhd edərlərsə, onlara itaət etmək haramdır və övladların onlara itaət etməməsi vacibdir.
“Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!” (Ənkəbut, 8).
“Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman, 15(.
Əgər valideynləriniz sizi tövhid dairəsindən çıxarmağa çalışsalar, onlara tabe olmamalısınız. Bəzən şəfqətlə nemətlərinin azalacağı, bəzən mal-dövlətlərinin, namuslarının buna bağlı olması, bəzən də milli mənsubiyyətinə görə belə davranmaq məcburiyyətində qalması kimi müxtəlif bəhanələrlə övladlarını doğru yoldan azdırmağa çalışırlar.