"İQNA", "Əxbar24" saytına istinadən xəbər verir ki, müxtəlif ölkələrin liderləri çərşənbə günü İranın Kerman şəhərində onlarla insanın ölümünə səbəb olan terror aktına reaksiya verib və pisləyiblər.
Dünya Müsəlman Liqası bu terror aktını pisləyib. Bu birlik hər cür zorakılıq və terroru rədd edir və pisləyir. O, həmçinin İran xalqı və bu ağrılı faciə qurbanlarının ailələri ilə həmrəy olduğunu bildirib və Uca Allahdan yaralılara tezliklə şəfa diləyib.
İŞİD terror təşkilatı cümə axşamı bəyanat verərək, çərşənbə günü Kerman şəhərində baş verən terror aktına görə məsuliyyəti rəsmən öz üzərinə götürüb.
4192202