IQNA

Məscidün-Nəbidə gözəl və xoş qoxulardan istifadə edilir

9:00 - January 13, 2024
Xəbər sayı: 3495284
İQNA – Məscidül-Həram və Məscidün-Nəbi Ümumi Müdirliyi bildirib ki, Məscidün-Nəbəvinin gözəl qoxusunun olması üçün 30 tondan çox ətirdən istifadə edilib.

"İQNA", "Zaman" saytına istinadən xəbər verir ki, Məscidün-Nəbi xalçalarının təmizlənməsi və dezinfeksiya edilməsi üçün gündəlik 115 ton yuyucu və dezinfeksiyaedici vasitədən istifadə edildiyi bildirilib.

Məscidül-Həram və Məscidün-Nəbi xidətləri baş direktorunun müavini, " Məscidün-Nəbinin xalçaları və döşəmələri hər gün 600-dən çox müxtəlif cihaz vasitəsilə təmizlənir və dezinfeksiya edilir" dedi.

Rəsmi statistikaya görə, hər həftə təxminən 5,2 milyon müsəlman bu məsciddə ibadət edir və namaz qılır.

Səudiyyə Ərəbistanı rəsmiləri Ümrə mövsümündə dünyanın hər yerindən 10 milyona yaxın müsəlmanın bu ölkəyə gələcəyini gözləyir.

4193305

captcha