IQNA

İsveçin təhsil naziri müsəlman və xristianlara qarşı açıqlamalar verib

11:52 - January 29, 2024
Xəbər sayı: 3495383
İQNA - İsveçin təhsil naziri Mats Perşon Yaxın Şərqdəki müsəlman və xristianları köklərində antisemitizmə malik olmaqda ittiham edib.

"İQNA", Əl-Məlumat mərkəzi internet saytına istinadən xəbər verir ki, İsveçin təhsil naziri Mats Perşon sərt açıqlama verərək ölkədə antisemitizmin davamlı və əhəmiyyətli dərəcədə artdığını iddia edib.

​Mats Pershon yəhudilər haqqında sui-qəsd nəzəriyyələrinin yayılmasına toxunaraq, İsveç təhsil sektorunun ən böyük antisemitizm dalğası ilə üzləşdiyini vurğulayıb.

İsveçli nazir çıxışında İsveçdə yaşayan Yaxın Şərq müsəlmanlarını və xristianları yanlış xəbərlər yaymaqda, nifrət və antisemitizm yaymaqda ittiham edib.

O, həmçinin antisemitizmin Yaxın Şərq müsəlmanları və xristianları arasında dərin köklərə malik olduğunu və bu mədəniyyəti İsveçə özləri ilə gətirdiklərini qəbul etməyə çağırıb.

Nazir son olaraq qeyd edib ki, mövcud nifrət və antisemitizm səbəbindən İsveç yəhudilərinin təxminən yarısı bu ölkəni tərk etmək istəyir.

4196272

Teqlər: İsveç ، müsəlman ، xristian ، yəhudi
captcha