IQNA

Hindistanın hakim partiyası müsəlmanlara qarşı ayrı-seçkilik qanunu tətbiq edir

3:53 - March 13, 2024
Xəbər sayı: 3495624
İQNA - Hindistan hökuməti 2019-cu ildə qəbul edilən və tənqidçilərin müsəlmanlara qarşı ayrı-seçkilik etdiyini bildirən mübahisəli vətəndaşlıq qanununun rəsmi olaraq qüvvəyə mindiyini açıqlayıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, 2014-cü ilin dekabrından əvvəl Hindistanda məskunlaşan Pakistan, Əfqanıstan və Banqladeşdən olan qeyri-müsəlman mühacirlərin vətəndaşlığını sürətləndirən qanun bu üç ölkənin müsəlman vətəndaşlarını vətəndaşlıqdan məhrum edir.

Hindistanın baş naziri Narendra Modinin hökuməti bir neçə gün ərzində Yeni Dehli və digər şəhərlərdə onlarla insanın ölümünə səbəb olan etirazlarla üzləşdikdən sonra 2019-cu ildə təsdiq edilmiş qanun icra oluna bilmədi.

Bütün ölkə boyu keçirilən bu etiraz aksiyalarında bütün dinlərdən olan etirazçılar iştirak edib. Müsəlmanlar da qanunun onları marjinallaşdırmaq üçün bəhanə kimi istifadə oluna biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Milli Vətəndaş Qeydiyyatı Sxemi yalnız Hindistanın şimal-şərqindəki Əssam əyalətində tətbiq edilib və hakim Bharatiya Janata Partiyası vətəndaşlığın yoxlanılması proqramını ölkə daxilində həyata keçirəcəyinə söz verib.

Modi hökuməti 2019-cu il Vətəndaşlıq qanununun dini azlıqlara vətəndaşlıq verilməsinə yönəlmiş humanitar tədbir olduğunu iddia edib.

Amnesty İnternational və Human Rights Watch bəyanat yayaraq, qadağanı bərabərlik və beynəlxalq insan haqları hüququnun fundamental dəyərlərinə zidd, dinə əsaslanan ayrı-seçkiliyi qanuniləşdirən, istisna xarakterə malik olaraq xarakterizə etdi.

Tənqidçilər deyirlər ki, Modinin müsəlmanlara qarşı zorakılıq qarşısında susması onun ən ifrat tərəfdarlarından bəzilərini cəsarətləndirib və onlara qarşı nifrət nitqini artırıb.

Hindistanda ikinci ən böyük din İslamdır. Hindistanın müsəlman azlığı bütün ölkəyə yayılmışdır və Narendra Modinin 2014-cü ildə hakimiyyətə gəlişindən bəri şiddətli hücumların hədəfinə çevrilir.

4205073

captcha