Qurani-Kərimdə Loğman Həkimdən 10 bəndlik tərbiyə nizamnaməsində uşaqların dini tərbiyəsi məsələsi qaldırılıb. Birinci vəsiyyət Loğmanın oğluna moizə etməsi və onu Allah yanında şirkdən çəkindirməsi idi: "Loğman oğluna dedi və ona nəsihət verdi: "Ey oğlum, Allaha şərik qoşma. Həqiqətən, şirk böyük zülmdür" ( Loğman 13). Bu əmrdən sonra tərbiyə nizamnaməsinin ikinci bəndi bəyan edilir ki, bu da valideynlər haqqında əmrdir.
Bu nizamnamənin ikinci bəndi Qurani-Kərimin digər on hökmləri arasında Loğmanın sözlərindən deyil, müstəqil şəkildə ifadə edilmişdir. Valideynləri haqqında tövsiyə etmək istədiyinə görə Loğmanın övladına özü haqqında əmr verməsi o qədər də xoş olmaya bilər. Bu səbəbdən Qurani-Kərim bu əmri müstəqil şəkildə ifadə edir. Bəlkə də uşaqlara dolayı yolla valideynləri ilə necə davranmağı öyrətmək daha yaxşıdır. Əmr belədir: “Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükr et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir” (Loğman, 14).
Allah bu ayədə əvvəlcə ümumi şəkildə ata-anaya yaxşılıq etməyə əmr edir, sonra xüsusi qeyd şəklində anaya xüsusi diqqət yetirir. Birincisi, ananın zəhməti və zəiflik və tənbəlliklə bağlı olan hamiləlik dövrünə aiddir, ananın övladının hamiləlik dövründə hansı çətinlik və məşəqqətlərə məruz qalmasından bəhs edir, “həmələthu ümmuhu vəhnən əla vəhnin”. Sonra övladını iki il əmizdirməyin çətinliyini, bu müddət ərzində ananın canını uşağa verdiyini və bunun da şükür üçün bir səbəb olduğunu təsvir edir. Bu o deməkdir ki, kimsə daha çox zəhmət çəkirsə, onu xüsusi qiymətləndirmək lazımdır.