IQNA

Avstraliya polisinin müsəlmanlara qarşı ikili standartları tənqid edilir

7:03 - May 01, 2024
Xəbər sayı: 3495865
İQNA – İslam təşkilatları Avstraliya polisini Sidneydə iki bıçaqlanma hadisəsi ilə bağlı ikili standartlarda ittiham edib.

"İQNA", "Əl-Ərəbi Əl-Cədid " saytına istinadən xəbər verir ki, Avstraliyadakı İslam təşkilatları bu ay Sidneydə iki bıçaqlı hücuma polisin reaksiyasında uyğunsuzluğu tənqid edib.

Bildiriblər ki, bu, ölkədə müsəlman azlıqlara qarşı ikili standartlar təəssüratı yaradıb.

Avstraliya Milli İmamlar Şurası Bondi Junction Westfield ticarət mərkəzinə edilən hücumun polis tərəfindən cinayətkarın psixi və psixoloji problemi olduğu bir hadisə kimi qiymətləndirildiyini açıqlayıb. Lakin iki gün sonra polis səlahiyyətliləri Sidney kilsəsində xristian yepiskopunun bıçaqlanmasını tez bir zamanda terror aktı kimi təqdim etdi.

Şuranın sözçüsü Rami Əbdü Sultan “Avstraliya Müsəlmanları Alyansı” və “Avstraliya Müsəlmanlarının Müdafiəsi Şəbəkəsi” ilə birgə bəyanatında bildirib ki, son iki zorakılıq hadisəsinin fərqli şəkildə idarə olunduğu açıqdır.

Həmçinin qeyd olunub ki, məsul şəxslərin məsuliyyətində belə bərabərsizliklər icra və məhkəmə proseslərində ikili standartlar hissi yaradır.

Bondi Junction Westfield ticarət mərkəzinə hücum nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb. Polisin verdiyi məlumata görə, şübhəlinin psixoloji problemləri olub. Lakin aprelin 15-də polis orqanları 16 yaşlı oğlanı keşişə çoxsaylı bıçaq zərbələri vurmaqda ittiham edib.

Müsəlman qrupları polisin bəzi hərəkətlərini araşdırmağa çağırıb.

4212665

captcha