"İQNA", "Şarcə 24" saytına istinadən xəbər verir ki, Assosiasiyanın direktoru bu məscidlərin tikintisinin xərclərinin xeyriyyəçilərdən toplanan ianələr hesabına qarşılandığını bildirib.
Bu, Hindistanda 5 məscidin tikintisi üçün 200 min dirhəm toplamaq məqsədi daşıyan “Zilhiccədə On Gün” təşəbbüsünün bir hissəsidir.
Bu ianələr son illərdə xeyriyyə təşkilatları üçün hazırlanmış yardım proqramları vasitəsilə toplanır.
Tikiləcək 5 məsciddə 365 nəfərin ibadət yeri olacaq. Bu məscidlər Hindistanın müsəlmanların məscidlərinin olmadığı kənd və ucqar ərazilərində tikiləcək.
Hindistanın sağçı hökuməti xüsusilə yeni məscidlər və dini mərkəzlərin tikintisi sahəsində müsəlmanlara bir çox məhdudiyyətlər qoyub və son illərdə Hindistan müsəlmanları xüsusilə kənd yerlərində məscid qıtlığından şikayətləniblər.
Hindistanda bir çox tarixi məscidlər də hindu ekstremistləri tərəfindən sökülmək təhlükəsi altındadır. Sağçı hind qrupları iddia edirlər ki, bir çox müsəlman məscidləri əslində müsəlman imperiyalarının hakimiyyəti dövründə zorla sökülən hindu məbədlərinin xarabalıqları üzərində tikilib.
4220983