IQNA

Qurban bayramı

7:23 - June 17, 2024
Xəbər sayı: 3496163
İQNA - Qurban bayramı müsəlmanların böyük bayramlarından biridir ki, zilhiccə ayının 10-cu günü qeyd olunur. O gündə qurban kəsməklə hacılara haram olan bir çox şeylər halal olur.

Qurban bayramı və ya Əzha bayramı zilhiccə ayının 10-cu günündə qeyd olunur ki, böyük İslam bayramlarından biridir. Bu gün zəvvarlar həcc mərasimlərini başa vurduqdan sonra qurban kəsirlər. Ehramda olarkən onlara haram olanlar, məsələn, güzgüyə baxmaq, dırnaq qırxmaq, saç daramaq kimi məsələlər qurban kəsdikdən sonra yenidən halal olur.
Qurban bayramı Həzrət İbrahim (ə) və Həzrət İsmayılın (ə) imtahan günüdür ki, oradan başı ucalıqla çıxdılar. Qurban bayramı günü qurban kəsmə ənənəsi də İsmayılın qurban edilməsini xatırladır. İslamın müxtəlif rəvayətlərində bildirilir ki, İbrahim peyğəmbərin (ə) qoca yaşında bir oğlu olub, adını İsmayıl qoymuş və ona çox əziz olmuşdur. Lakin İsmayıl yeniyetmə çağına çatanda yuxuda bir neçə dəfə İbrahimə (ə) ilahi əmr nazil oldu və heç bir səbəb göstərmədən İsmayılı qurban kəsməyi əmr etdi. Çoxlu daxili mübarizələrdən sonra nəhayət oğlunun səmimi razılığı ilə istədikləri yerə gedirlər və İbrahim sevimli oğlunu qurban etməyə hazır olur. Amma İsmayılın qurban kəsildiyi vaxt imtahanda onu başı uca görən Allah İbrahimə (ə) bir qoyunu kəsmək üçün göndərir. Allahın əmrini yerinə yetirmək üçün Peyğəmbərin bu fədakarlığı və məhəbbəti zəvvarların bu gündə qurban kəsmələri və bu yolla yetimlərin, yoxsulların ruzisini təmin etmələri üçün vəzifəyə çevrilir. "Saffat" surəsinin 103-105-ci ayələrində bu əhvalat Quranda qeyd olunur: "Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı). Biz ona xitab etdik ki: Ey İbrahim! Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq".
Cahiliyyət dövründə qurbanlıq şirk çirkabından xali deyildi. Kəbəni qurbanın qanı ilə çirkləndirib ətini Kəbənin evinə asırdılar ki, Allah qəbul etsin. Həcc surəsinin 37-ci ayəsində “Onların nə əti, nə də qanı Allaha çatmaz”. Ona çatan sənin təqvandır. Quran bu adəti pisləyir və təqva, qurbanın qəbul edilməsi üçün şərt kimi qeyd edilir.
Həmçinin tez-tez rəvayətlərdə qeyd olunur ki, Qurban bayramı günü müsəlmanlar harada olurlarsa olsunlar qoyun, dəvə və ya qoç kəsirlər ki, ac və kasıb yemək ala bilsin. Bu əməl qədim zamanlardan müsəlmanlar arasında vəhdətə səbəb olmuşdur.

captcha