IQNA

Kəbə yaxınlığında Quran təhsili proqramı başlayır

3:23 - June 29, 2024
Xəbər sayı: 3496233
İQNA - Məscidül-Həram və Məscidün-Nəbi Ümumi Müdirliyi Kəbə yaxınlığında 39 günlük yay Quran kursu proqramının başlayacağını açıqlayıb.

"İQNA", "Səbk" saytına istinadən xəbər verir ki, bu proqram zilhiccə ayının 23-də başlayacaq və səfər ayının 4-nə qədər davam edəcək.
Bu yay Quran kursu Məscidül-Həram və Məscidün-Nəbinin nəzarəti altında keçiriləcək.
Bu proqram Məscidül-Həram və Məscidün-Nəbi Dini İşlər İdarəsində təhsil və dini proqramlarda yeniliklərin tətbiqi məqsədilə həyata keçiriləcək.
Qurani-Kərimin yay proqramının Məscidül-Həramda həyata keçirilməsinin ən mühüm məqsədlərindən biri də İslam ümmətini, xüsusilə uşaq və gəncləri Qurani-Kərim və onun təlimləri ilə tanış etmək, eləcə də əxlaqi təlimləri təkmilləşdirməkdir.
Bu yay kursunda Qurani-Kərimin düzgün əzbəri və qiraəti də öyrədiləcək.
4223388

captcha