IQNA

Bu il bir milyondan çox zəvvar Məscidün-Nəbini ziyarət edib

9:53 - July 02, 2024
Xəbər sayı: 3496257
İQNA – Məscidül-həram və Peyğəmbər (s) Məscidinin Baş Müdirliyi builki Həcc mövsümü başlayandan bu yana bir milyondan çox zəvvarın bu müqəddəs məkanları ziyarət etdiyini bildirib.

Səudiyyə Ərəbistanı xəbər agentliyinin verdiyi məlumata görə, bu administrasiya ən mühüm məqsədlərindən birinin zəvvarlara ən yaxşı xidməti göstərmək və təhlükəsiz mühit yaratmaq olduğunu bəyan edib.
Hərəmeyn Şərifeyn İşləri Baş İdarəsindən verilən məlumata görə, Məscidün-Nəbidə gündə 5 dəfə təmizlik işləri aparılır, digər tərəfdən məscid daxilindəki bütün ibadət yerləri və həyətlər hər saatda təmizlənir və dezinfeksiya edilir.
Bundan əlavə, sözügedən İdarədən qeyd edilib ki, zəvvarlara nəqliyyat xidməti göstərmək üçün elektrik avtomobilləri ilə yanaşı, əlillər üçün əlil arabaları da verilir.
Bu idarə həmçinin camaatın məscidə giriş-çıxışını, Rəvzeyi Şərifdə ibadət və ziyarətini asanlaşdırmaq üçün Nusuq proqramından istifadə edərək zəvvarların bu müqəddəs məkanda ən yaxşı və təhlükəsiz şəkildə olmasını təmin etməyə çalışıb.
4224117

captcha