"İQNA", "Bərnama"-ya istinadən xəbər verir ki, Malayziyanın baş naziri Ənvər İbrahim İslamofobiyaya səbəb olan anlaşılmazlıqların qarşısını almaq üçün müsəlmanlar və başqaları arasında dialoqun qarşılıqlı anlaşmanın gücləndirilməsində əhəmiyyətli olduğunu bildirib.
Malayziyanın baş naziri 7-ci Ümumdünya İslam Düşüncəsi və Sivilizasiyası Konfransının açılış mərasimindəki çıxışına “Biz birlikdəyik: Müsəlmanlar və qlobal bəşəriyyət” şüarı ilə başlayıb.
Ənvər İbrahim qeyd edib ki, Qərb müstəmləkəçilikdən sonrakı dövrdə də köhnə “özgələşdirmə” təlimlərini davam etdirib və bu, islamofobiya adlanan yanlış anlama, dezinformasiya və digərini rədd etməyə gətirib çıxarır.
Ənvər soruşdu: “Biz Malayziya kimi çoxmillətli və çoxkonfessiyalı cəmiyyətdə necə yaşayıb, başqa dinlər, mədəniyyətlər və sivilizasiyalar haqqında müzakirələrdən qaça bilərik və Qərbin bizi anlamasını istəyirik?” dedi.
"Beləliklə, düşünürəm ki, qarşılıqlı əlaqə başqalarının bizi anlamasına və bizim də onları başa düşməsinə imkan verəcək" - deyə Malayziyanın baş naziri deyib.
Konfrans 2012-ci ildən Azlan Şah Universiteti tərəfindən təşkil olunur və orada 21-dən çox ölkədən iştirakçılar var.
Bazar ertəsi başlayan üç günlük konfransın məqsədi regional və beynəlxalq liderlərin, alimlərin, ziyalıların, ekspertlərin insanların müasir dünyaya təsir edən aktual problemlərə həll yolları tapmaq üçün fikir mübadiləsi apara biləcəyi bir platformanı təmin etmək məqsədi daşıyır.
4228888