Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin Qəzza zolağına davamlı hücumları barədə məlumat verilib.
Qeyd olunub ki, sionist rejimin oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 39 min 929-a, yaralıların sayı isə 92 min 240-a yüksəlib.
Bəyanata əsasən, sionist rejim ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə hücumlarında "2 qətliam" törədib, bu hücumlarda daha 32 fələstinli şəhid olub, 88 fələstinli isə yaralanıb.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneə törətməsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.