İmam Rzanın (ə) Quran ayələri ilə bağlı dəlil gətirmə üsulu müxtəlif idi. Bəzən İmam Rza (ə) Quran ayələrinin zahiri və batini mənalarını müfəssəl təfsirlə aydınlaşdırır və Quranla bağlı şübhələrə cavab verirdi. Bəzən tarixi hadisələrə Quran ayələrini tətbiq etməklə Quranın öncədənverdiyi xəbərlərin doğruluğunu sübut etməyə çalışırdı.
İmam Rza (ə) Quranın bu kimi ayələrini Quranın işığında izah edir və İslamla bağlı bəzi şübhələrə cavab verirdi. Əlbəttə ki, o, ilahi din əhli ilə söhbətlərində başqa dinlərdə də rast gəlinən ayələrə istinad etmişdir. Bunlarla yanaşı, başqa dinlərin müqəddəs kitablarına müraciət etməklə dinlərin mənşə və məqsəd vəhdətinə işarə edirdi.
İmam Rza (ə) Quran ayələrinə istinad edək Allahın tövhid və birliyini isbat etmək, şirk və bütpərəstliyi inkar etmək, qiyamət və ölümdən sonrakı həyatdan bəhs etmək, ilahi peyğəmbərlərin, xüsusən də İslam Peyğəmbərinin (s) peyğəmbərliyini və onların möcüzələrini, Peyğəmbərin (s) Əhli-beytinin İmamətini və vilayətini, İslam hökm və qanunlarını izah etmiş və bu sahələrdə şübhələrə cavab vermişdir.
Məsələn, xristian katoliklə münazirədə iradlardan biri də İslam Peyğəmbərinin (s) müqəddəs kitabının ibrani dilində olmadığı üçün peyğəmbər ola bilməyəcəyi idi. Həzrət "İbrahim" surəsinin 4-cü ayəsinə "Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin" istnad edərək təkid edir: "Allah peyğəmbərləri öz qövmünün dilində göndərir ki, ilahi mesaj onlar üçün ən yaxşı şəkildə dərk olunsun. Ərəblər Peyğəmbərin (s) əsas dinləyiciləri olduqları üçün Quran ərəbcə nazil olmuşdur. Bu kitab böyük bir möcüzədir və ərəbcə olmasa belə, yenə də səmavi kitab ola bilər. Amma Allah-taala onun mesajını ərəblərə ən gözəl şəkildə çatdırmaq üçün onu ərəb dilində nazil etmişdir.