İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Livanda baş verən son hadisələrdən sonra bu gün bir mesaj yayımladı.
Mesajın tam mətni belədir:
Bismillahirrahmanirrahim
Livanda müdafiəsiz insanların öldürülməsi bir daha hamıya sionist quduz itin vəhşiliyini göstərdi və qəsbkar rejim başçılarının bəsirətsizliyini və axmaq siyasətini sübut etdi.
Sionist rejimi idarə edən terrorçu dəstə bir ildir ki, Qəzzada apardığı cinayətkar müharibədən heç bir ibrət dərsi almayıb, qadınların, uşaqların və mülki şəxslərin kütləvi şəkildə öldürülməsinin müqavimət oxunun möhkəm strukturuna təsir edə və ya məhv edə bilməyəcəyini anlaya bilmədi. İndi eyni axmaq siyasəti Livanda da həyata keçirirlər.
Sionist cinayətkarlar bilməlidirlər ki, onlar Livandakı Hizbullahın qüdrətli strukturuna ciddi ziyan vurmaq üçün çox kiçikdirlər. Bölgədəki bütün müqavimət qüvvələri Hizbullahın yanındadır və onu dəstəkləyir. Bu bölgənin taleyini müqavimət qüvvələri və onların başında Hizbullah müəyyən edəcək.
Livan xalqı bir zamanlar qəsbkar rejim qüvvələrinin çəkmələri ilə Beyruta qədər ayaq basdığını və onların ayaqlarını Hizbullahın kəsdiyini, Livanı sevindirib, qürurlandırdığını unutmayıb. Bu gün Allahın izni ilə Livan xalqı şər düşməni peşman edəcək.
Qəsbkar, zalım və şər rejimlə mübarizədə möhtərəm Livan xalqına və Hizbullaha öz imkanları daxilində dəstək olmaq bütün müsəlmanlara vacibdir.
Salam olsun Allahın saleh bəndələrinə
Seyid Əli Xamenei
28 sentyabr 2024-cü il