"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Milan Dövlət Universiteti (UNIMI) Təl-Əvivin şimalındakı Herzliya şəhərində yerləşən Reichman Universiteti ilə elmi əməkdaşlıq müqavilələrini dayandırıb.
Eynilə, bir neçə ay əvvəl Milan Universiteti İordan çayının qərb sahilində yerləşən eyniadlı sionist qəsəbəsində yerləşən Ariel Universiteti ilə əlaqələrini kəsib.
Ötən ilin yazında Milan Dövlət Universitetinin tələbələri 7 oktyabr Əl-Əqsa Tufanından sonra İsrailin Qəzzaya qarşı müharibəsində on minlərlə mülki vətəndaşı hədəf alması nəticəsində sionist rejimin onların universitetləri ilə əməkdaşlığına etiraz etmək üçün şəhərcikdə oturaq aksiyaya başlayıblar.
Milan Universitetinin tələbələri etirazlar zamanı bu universitetin tarixi binasına Fələstinin böyük bayrağını asıb və bu universitetin həyətində çadır qurublar.
Etirazçılar İtaliya hökumətini Qəzza soyqırımında İsraillə şərik olmaqda ittiham edərək, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qarşı quru əməliyyatlarının qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Romadakı Bolonya, Federiko 2 və Spinza universitetləri də son aylarda Fələstinlə həmrəylik nümayiş etdirən oturaq aksiyaların şahidi olublar. Etirazçılar həmçinin İsraillə universitet əməkdaşlığının dayandırılmasını istəyiblər.
4243918