IQNA

İƏT İsrail rejiminin İrana hücumunu pisləyib

2:56 - October 28, 2024
Xəbər sayı: 3496949
İQNA – İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sionist İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumu pisləyib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sionist İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumu pisləyib və bunu İranın milli suverenliyi və beynəlxalq hüququn açıq şəkildə pozulması hesab edib.
İslam Əməkdaşlıq Təşkilatının Katibliyi bəyanat dərc etməklə, regionda daha çox qeyri-sabitliyə gətirib çıxaracaq istənilən gərginliyi pisləyib və beynəlxalq ictimaiyyəti və nüfuzlu qüvvələri gərginliyin azaldılması və zorakılıq dövrünə son qoyulması üçün tədbirlər görməyə çağırıb.
İslam Əməkdaşlıq Təşkilatı həmçinin öz qəti mövqeyini vurğulayaraq, sionist rejimin Qəzza zolağı, işğal olunmuş İordan çayının qərb sahili və Livandakı təcavüzünün dərhal dayandırılmasını tələb edib.
Atırladaq ki qatil İsrail ordusu İrandakı bəzi hərbi hədəflərə hücum etdiyini açıqlayıb.
İranın Hava Hücumundan Müdafiə Qüvvələri də işğal rejiminin Tehran, Xuzistan və İlamdakı hərbi obyektlərə hücumlarının uğurla dəf edildiyini bildirib.
Bu təcavüz aktından sonra müxtəlif ölkələr, o cümlədən Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İraq, Pakistan, Malayziya, İndoneziya, İsveçrə, BƏƏ, Qətər, Suriya, İordaniya, Oman, Əlcəzair, Banqladeş, Venesuela, Bəhreyn, Yəmən, Livan, Əfqanıstan, Maldiv adaları, Küveyt və Fars Körfəzi Əməkdaşlıq Şurası sionist rejimin İrana qarşı hərbi təcavüzünü pisləyib və bunu suverenliyin pozulması və beynəlxalq qanunların pozulması kimi qiymətləndiriblər.
4244705

captcha