IQNA

Şarcə İslam Sivilizasiyası Muzeyində Qurani-Kərimin əlyazmalarından ibarət sərgi açılıb

10:56 - November 24, 2024
Xəbər sayı: 3497114
İQNA – Şarcə İslam Sivilizasiyası Muzeyində nadir Quran əlyazmalarının sərgisi keçirilib.

BƏƏ xəbər agentliyinin verdiyi məlumata görə, Şarcə hökmdarı Şeyx Sultan ibn Məhəmməd Əl-Qasimi sərgini “Əbədi məktublar: Əbdül-Rəhman Əl-Uveysin kolleksiyasından Quran əlyazmaları” başlığı ilə açıb.
Quran əlyazmaları və xəttatlığının 1300 illik tarixinə tarixi mədəniyyət turu təqdim edən sərgidə iyirmi il ərzində toplanmış bu əsərlər ərəb və İslam xəttatlığının mədəni və bədii üslub və ənənələrini, onların Çindən Əndəlusiyaya qədər İslam sənətinə təsirini ortaya qoyur.
Sərgidə Quranın 81 əlyazması nümayiş etdirilir və hər bir parça müxtəlif dövrlərə və bölgələrə bağlı unikal xüsusiyyətlərlə xəttatlığın inkişafını və mürəkkəbliyini nümayiş etdirir.
Sərginin müxtəlif salonlarını ziyarət edən Şarcə hökmdarı Quran nüsxələrinin istehsalı, yazılması, mühafizəsi, bəzədilməsi, üz qabığına qulluq, cildləmə və rənglənməsi ilə bağlı sənətlərin əhəmiyyətini vurğulayıb.
O, həmçinin müxtəlif tarixi dövrləri əks etdirən və İslam xəttatlığının əsrlər boyu inkişafını göstərən yeddi bölməyə baş çəkdi.
Sərgidə həmçinin qeyri-adi xəzinələr, o cümlədən indiqo perqament üzərində qızıl hərflərlə yazılmış məşhur “Mavi Quran” və İslam tarixinin nüfuzlu şəxsiyyətlərinin sifarişi ilə yazılmış əlyazmalar da yer alır.
Kufi, Nəsx, Sülüs və Mərakeş kimi müxtəlif üslublarda yazılmış bu əsərlər İslam xəttatlığında yaradıcılıq və yenilikləri ortaya qoyur. Məsələn, 7-ci əsrdə nadir Hicaz və Kufi xətti ilə yazılmış Qurani-Kərimin səhifələri, Osmanlı dövrü kimi sonrakı İslam dövrlərinə aid işıqlı səhifələr, İran və Əndəlüsdə istehsal olunmuş nüsxələri bu sərgidəki digər qiymətli əlyazmalardır.
Sonda, muzey direktoru Şarcə hökmdarına 1682-ci ildə Səfəvilər sülaləsi dövründə İranda Mir Məhəmməd Salih Məhəmməd Hüseyn Əl-Təbib Əl-Musəvinin nəsx xəttatlığı ilə qara mürəkkəblə yazılmış əlyazmasını hədiyyə etdi.
4249599

captcha