"İQNA"-nın "Middle East News"-a istinadən verdiyi məlumata görə, İngiltərə Xarici İşlər Nazirliyi Haaqa Beynəlxalq Məhkəməsinin, haqqında həbs qərarı çıxardığı sionist rejimin rəsmilərinin həbsinə yaşıl işıq yandırıb.
Britaniyanın xarici işlər naziri David Lammy bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun İngiltərəyə səfər edəcəyi təqdirdə onun işində bütün məhkəmə prosesləri və hüquqi prosedurlara əməl olunacaq.
Devid Lami ölkələrin beynəlxalq hüquq qarşısındakı öhdəliklərinə toxunaraq vurğuladı: "Netanyahu İngiltərəyə səfər edərsə, bu ölkə onunla bağlı hüquqi prosesi izləyəcək".
Bundan əvvəl Britaniya baş nazirinin sözçüsü bununla bağlı suala cavab olaraq demişdi: "İngiltərə daxili və beynəlxalq qanunlarda göstərildiyi kimi, beynəlxalq öhdəliklərini həmişə yerinə yetirəcək".
Demək lazımdır ki, Fransa daha əvvəl Netanyahunun həbsinə dair icazənin icrası ilə bağlı işarələr vermişdi.
4250546