"Mail" saytının verdiyi məlumatına görə, İngiltərənin Manchester United futbol komandasının bu mövsüm LGBTQ dəstək həftəsinə xüsusi bir proqramı var idi.
Oyunçuların Everton ilə oyun öncəsi Adidas tərəfindən hazırlanmış xüsusi bir geyimlə meydana çıxmaları tələb olunurdu.
Oyundan bir neçə saat əvvəl komandanın mərakeşli futbolçusu Nasır Mezraui dini inancına görə bu geyimi geyinməkdən imtina edib. Komanda yoldaşları da onu dəstəkləyib.
İslam inancına sadiq olan Mezraui, Bayern Münhen komandasında oynayarkən dini inanclarına görə bavariyalıların illik “Oktoberfest” mərasimində pivə içməyi də rədd etmişdi.
O, həmçinin Qəzza xalqına dəstək verməsi ilə də tanınır.
Nasır Mezraui bir müsahibəsində İslam təlimləri ilə əməl etməsinin futboldakı arzusunu həyata keçirməsinə kömək etdiyinə və dini vəzifələrini yerinə yetirməsinin onu daha irəli apardığına inandığını bildirib.
4252281