IQNA

Qahirənin mərkəzində 700 illik xəzinə

14:57 - December 12, 2024
Xəbər sayı: 3497237
İQNA - Qahirədə yerləşən Almas Hacib məscidi və türbəsi Misirdə Məmlüklər dövrünə aid qiymətli tikililərdən biridir.

"Əl Masry Əl-Yəvm" saytının verdiyi xəbərə görə, Almas Hacib məscidi və türbəsi 1330-cu ildə Sultan Əl-Nasir Məhəmməd bin Kalavunun əmirlərindən olan Əmir Seyfəddin Almas Hacib tərəfindən təsis edilib.

Əvvəlcə qul olan Əmir Seyfəddin, sultanın ən yaxın adamlarından birinə çevrilir. Sultanın zəhərlənməsinin qarşısını almaq üçün ona Çaşnigir, yəni sultanın qabağında yeməkdən dadmaq adı verilmişdir.

Məscidin iki girişi var və şimal-qərb girişi Məmlüklər dövründən qalan azsaylı qapı nümunələrindən biri hesab olunur. Nadir taxta dizaynla hazırlanıb və üzərində minarə qoyulub. İkinci giriş şimal-şərqdəndir və sadə görünüşə malikdir.

Məscidin daxili memarlığı dörd dəhlizlə əhatə olunmuş böyük mərkəzi həyətdən ibarətdir ki, onlardan ən böyüyü qiblə dəhlizidir. Dəhlizlər Məmlüklər dövründə məşhur olan mərmərdəndir.

Qərb tərəfdəki minarənin tarixi Osmanlı dövrünə gedib çıxır. Bu minarə səkkizguşəlidir, dörd tərəfdən dairəvi tağlı pəncərələr açılır, digər dörd tərəfdən isə daha kiçik eyvanlar görünür.

 

Kahire’nin kalbindeki 700 yıllık hazine

4253221

Teqlər: tarixi məscid ، misir ، qahirə ، məscid
captcha