IQNA

Mavritaniya milli birliyi Qəzzaya dəstək festivalı təşkil edib

2:38 - January 05, 2025
Xəbər sayı: 3497373
İQNA – Mavritaniyanın paytaxtı Nuakşotda yeni ilin ilk günləri ilə eyni vaxtda Qəzzaya və Fələstin xalqına dəstək məqsədi daşıyan Mavritaniya Qadınlar Festivalı keçirilib.

"Əl-Quds Əl-Ərəbi" internet saytının verdiyi xəbərə görə, Mavritaniya vətəndaşları yeni ilə Qəzza xalqına dəstəklərini bəyan edərək başlayıblar. Bu çərçivədə Mavritaniya Milli Assosiasiyası Fələstin xalqına kömək etmək üçün Qadınlar Festivalı təşkil etdi.

Beynəlxalq Qüds və Fələstinə Yardım Koalisiyasının baş katibi Rəbab Əvad və azad edilən fələstinli məhbus Şeyma Sübhi Əbu Şaban da daxil olmaqla bir qrup alim, akademik və müəllim festivala qatılaraq Fələstinlə həmrəy olduqlarını bildiriblər.

Festivalın açılışındakı çıxışında Mavritaniya Milli Qadınları Fələstinə Yardım Dərnəyinin baş katibi Şeyhan Beyb işğala qarşı Fələstin millətinə dəstək verilməsinin əhəmiyyətinə toxunub.

Bu dərnəyin qadın ofisinin rəhbəri mavritaniyalı qadınların Fələstinə dəstək olmaqda qərarlı olduqlarını və Fələstinə maddi və mənəvi dəstəyin artırılmasının vacibliyini vurğulayıb.

Festival zamanı Fələstinə yardım layihələrini dəstəkləmək üçün pul toplama kampaniyası da keçirilib.

Bundan əlavə, mavritaniyalı tələbələr Kamal Ədvan xəstəxanasının yandırılması cinayətini pisləmək üçün yanvarın 3-də paytaxt Nuakşotda Amerika səfirliyi qarşısında etiraz nümayişi keçiriblər.

Mavritaniya İslam Dərnəyinin səyləri ilə Qəzza zolağında fələstinli ailələrə ədyal və qış paltarları paylanması və Qəzzada köçkün düşmüş 500 ailəyə 500 ərzaq səbətinin paylanması bu ölkədə Fələstin xalqına və bölgə sakinlərinə kömək etmək üçün görülən tədbirlərdəndir.

4257915

captcha