IQNA

Hollandiya ekstremist partiyası Qurani-Kərim saxlayanlara həbs cəzası verilməsini təklif edib

2:30 - January 14, 2025
Xəbər sayı: 3497430
İQNA – Hollandiyanın ekstremist “Azadlıq Naminə” partiyası Quran nüsxəsi olan hər kəsi həbs edəcək qanunun qəbul edilməsini istəyib.

"Shiawaves", xəbər verir ki, "Geert Vilders"-in rəhbərlik etdiyi Hollandiya Azadlıq Partiyasının Quran nüsxələrinin sahiblərini 5 ilə qədər həbslə cəzalandıran qanun layihəsi hazırlamaq çağırışı geniş şəkildə qınaqla qarşılanıb.

Partiyadan təkliflə bağlı açıqlama verilməsə də, Hollandiya hökumət koalisiyasının liderlərindən birinin televiziyaya müsahibəsində bu məsələyə toxunması Hollandiya cəmiyyətində narahatlıq və müzakirələrə səbəb olub.

Bu ekstremist siyasətçi müsəlman əhalinin artmasına qarşı çıxaraq və bu məsələni Hollandiyanın milli kimliyinə birbaşa təhlükə kimi görərək, Hollandiyada müsəlmanlara qarşı bəyanatlar verməkdə davam edir.

Vilders, daha əvvəl müsəlmanların camaat içində namaz qılan görüntülərini tənqid edərək, bunu holland kimliyinin yoxa çıxmasının ifadəsi elan etmişdi.

Media platformalarından İslama və müsəlmanlara hücum etmək üçün istifadə edən Vilders dəfələrlə təhdidlərə məruz qaldıqdan sonra 2004-cü ildən Hollandiya polisinin himayəsi altında yaşayır.

O, seçki proqramında İslama və müsəlmanlara qarşı ifrat mövqeyini davam etdirərək, İslamın kökünü kəsmək üçün nazirliyin yaradılmasını, məscid və məktəblərin qadağan edilməsini, ictimai yerlərdə hicab taxmağın sərt şəkildə məhdudlaşdırılmasını və qaçqın mərkəzlərinin bağlanmasını tələb edib.

4259583

Teqlər: hollandiya ، quran ، İslam ، müsəlman
captcha