Qurani-Kərimin “Bəqərə” surəsində buyurulur: "İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün özünü satar. İnsanlardan eləsi də var ki, Allahın rizası üçün canını satar [Əmirəl-möminin (ə) kimi] və Allah Öz bəndələrinə rəhmlidir" (Bəqərə, 207(.
Məşhur əhli-sünnə təfsirçisi Söləbi, İbn Abbas və Sədidən belə nəql edir: İslam Peyğəmbəri (s) Məkkədən Mədinəyə hicrət etmək qərarına gəldikdə, Əlini (ə) xalqın əmanətlərini çatdırmaq və onların pullarını ödəmək üçün öz yerinə təyin etdi. Gecə vaxtı o, “Sur mağarasına” tərəf hərəkət etdi və müşriklər onun evini mühasirəyə aldılar. Əliyə (ə) yatağında yatmağı və Peyğəmbərin (s) özünə məxsus yaşıl parçanı üstünə atmağı əmr etdi.
Bu zaman Allah Cəbrail və Mikailə vəhy göndərdi: "Mən sizin aranızda qardaşlıq yaratdım və birinizin ömrünü uzatdım. Sizdən hansınız canını fəda etməyə və başqasının həyatını özündən üstün tutmağa razıdır?" Onların heç biri istəmədi. Onlara vəhy etdi ki, Əli (ə) indi Peyğəmbərin (s) yatağında yatıb və canını o Həzrətə fəda etməyə hazırdır, yerə gedin və onu qoruyun.
Cəbrayıl Əlinin (ə) baş, Mikayıl isə ayaq tərəfində oturanda Cəbrayıl deyirdi: “Əli, əhsən sənə! Allah sənin sayəndə mələklərlə fəxr edir. Bu zaman bu ayə nazil oldu və orada Əlinin (ə) sifətləri vəsf olundu.
Bu ayədə satıcı “insan”, alıcı “Allah”, mal isə “can”dır və alverin qiyməti Onun pak zatının razılığıdır. Bir halda ki, başqa yerlərdə isə belə alış-verişin qiyməti əbədi cənnət və cəhənnəmdən qurtuluş kimi qeyd edilir. Ayənin sonunda onların Allahın rəhmətindən bəhrələnəcəkləri də deyilir: “Allah Öz bəndələrinə rəhmlidir”.
Mötəzilə məzhəbindən olan İbn Əbil-Hədid belə hesab edir ki, Əlinin (ə) "Məbit gecəsi" hekayəsi müsəlman olmayanlar və onu inkar edən yüngül düşüncəli insanlar istisna olmaqla, hamı tərəfindən bəyənilir.