IQNA

Qahirə Beynəlxalq Kitab Sərgisində Quran əsərləri rəğbətlə qarşılanıb

3:50 - February 03, 2025
Xəbər sayı: 3497552
İQNA - 56-cı Qahirə Beynəlxalq Sərgisində Quran və İslam əsərləri ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb.

"İQNA"-nın "Qahirə 24"-ə istinadən verdiyi məlumata görə, Qahirə Beynəlxalq Kitab Sərgisində Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinə bağlı Kral Fəhd Qurani-Kərim Çap Kompleksinin stendinə çoxlu sayda insan müraciət edib.

Kompleksin stendinə gələn ziyarətçilər Qurani-Kərimin çapında istifadə olunan məhsullar və texnologiyalar, müxtəlif ölçülərdə Qurani-Kərimin çapı və nəşri sahəsində göstərdiyi xidmətlər və Qurani-Kərimin 77-dən çox beynəlxalq dilə tərcüməsi ilə tanış olublar.

Kral Fəhd Qurani-Kərim Çap Kompleksi stendi 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində Səudiyyə Ərəbistanının böyük stendinin bir hissəsidir.

Kral Fəhd Quran Çap Kompleksinin stendi ziyarətçilərə bir sıra tarixi əlyazmaları və Qurani-Kərimin keçmişdən bu günə qədər çap mərhələlərini göstərən bir sıra sənədləri nümayiş etdirib.

Quran və Quran təlimlərinə xidmətdə liderliyə nail olmaq, bu müqəddəs kitabın tərcüməsi və Quran mətnini təhrifdən qorumaq məqsədi ilə bu mərkəz çap, səs yazısı, elektron nəşrlər və rəqəmsal texnologiya sahələrində qabaqcıl texnologiyalardan optimal istifadə etmişdir.

“Əl-Əzhər”in Qahirə Beynəlxalq Kitab Sərgisindəki stendi də rəğbətlə qarşılanıb. Əl-Əzhər Kitabxanasının nəzarəti altında fəaliyyət göstərən və ən qədim əlyazmaların və mühüm kitabların nadir kolleksiyasını ehtiva edən bu stend, Əlyazmalar Muzeyi bölməsi ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb.

Muzeydə müxtəlif yazılarla yazılmış və müxtəlif İslam dövrlərinə aid nadir Quran nüsxələrindən əlavə, təfsir, hədis, fiqh, tibb və coğrafiya sahələrində də görkəmli əlyazmalar kolleksiyası var.

Stend həmçinin ziyarətçilərinə sənədləşdirilmiş virtual səyahətdə Əl-Əzhər Kitabxanasının İslam irsinin qorunub saxlanması və canlandırılması üsulları və bu İslam universitetinin şeyxlərinin tarix boyu həyatları ilə tanış olmaq imkanı verir.

56-cı Qahirə Beynəlxalq Kitab Sərgisi 2025-ci il yanvarın 23-dən fevralın 5-dək arasında keçiriləcək.

4263489

captcha