IQNA

22 ölkə Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin "Əl-Əmid Mükafatı"nda iştirak edir

1:46 - March 05, 2025
Xəbər sayı: 3497733
İQNA - Ramazan ayının başlanmasına təsadüf edən Kərbəlada 22 ölkənin iştirakı ilə keçirilən Kərbəla Beynəlxalq Quran qiraəti müsabiqəsinin ikincisi "Əl-Əmid Mükafatı" başlayıb.

"İQNA"-nın “Əl-Kəfil”ə istinadən verdiyi məlumata görə, yarış Həzrət Abbas (ə) hərəmi tərəfindən gənclər və böyüklər qrupunda təşkil olunub. Gənclər qrupunda 10, böyüklər qrupunda isə 30 iştirakçı var.

Ərəb, Asiya və Afrika ölkələrindən olan qarilər bu tədbirdə iştirak edir və Misir, İran, İndoneziya, Əfqanıstan, Malayziya, Cənubi Afrika və Hindistan da iştirakçı ölkələr arasındadır.

Həzrət Abbas (ə) hərəminin Elmi Quran Məclisinin sədr müavini Əla Əl-Musəvi bununla bağlı deyib: “Əl-Əmid Mükafatı Beynəlxalq Quran Qiraəti Müsabiqəsinin ikincisində gənclər qrupunda 10 təmsilç iştirak edir. Həçinin İraq və digər 7 ölkənin nümayəndələri də burada var”.

O əlavə edib: "Beynəlxalq Müsabiqə Komitəsi Ramazan ayının başlanğıcı ilə eyni vaxtda başlayan bu yarışlara qlobal standartlar əsasında nəzarət edir".

Əl-Musəvi bildirib: “Ali Müsabiqə Komitəsi iştirakçıları qəbul etmək üçün onların yaş qrupuna və qabiliyyət səviyyəsinə uyğun olan xüsusi meyar və şərtləri açıqladı”.

Qeyd edək ki, “Əl-Əmid” mükafatı Beynəlxalq Quran tilavəti müsabiqəsi əl-Abbas (ə) hərəminin Quran mədəniyyətinin yayılması məqsədilə həyata keçirdiyi tədbirlərdən biridir.

4269384

captcha