“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin Qəzzadakı informasiya ofisi bəyanatında 2,4 milyondan çox fələstinlinin görünməmiş humanitar fəlakətlə üzləşdiyini vurğulayıb.
Bəyanatda deyilir: “Qəzza zolağı humanitar fəlakətin astanasındadır, soyqırım davam edir və qlobal sükut hökm sürür”.
Fələstin hökumətinin Qəzzadakı informasiya ofisi əlavə edib: “İşğalçılar soyqırım siyasətini həyata keçirməyə və müdafiəsiz mülki əhalinin hər gün öldürülməsinə davam edir.”
Ofis qeyd edib ki, işğalçıların keçidləri bağlamaq və yardımların daxil olmasına mane olmaqda israrlı olması böhranı daha da gücləndirir. İşğalçılar ərzaq və dərman daşıyan maşınların içəri girməsinə mane olduğu üçün xalqımız sistemli aclıq siyasətinin əziyyətini çəkir.
Bəyanatda deyilir: “İşğalçılar su quyularını dağıdıb dinc əhalinin su əldə etməsini çətinləşdirərək susuz saxlamaq siyasətini davam etdirirlər”.
Bəyanatda əlavə edilib: “İşğalçılar qaz və yanacaq balonlarının Qəzza zolağına daxil olmasına mane olurlar ki, bu da çörəkbişirmə müəssisələrinin fəaliyyətini dayandırmasına səbəb olub”.
Fələstin hökumətinin Qəzza zolağındakı media ofisi vurğuladı: “Biz, İsrail və ABŞ-ı bu cinayətlərə görə birbaşa məsuliyyət daşımağa və beynəlxalq ictimaiyyəti onları dayandırmaq üçün təzyiq göstərməyə çağırırıq”.
4273457