“İlkha.com” saytının verdiyi xəbərə görə, Racya Sabha (Hindistan parlamentinin yuxarı palatası) 12 saat davam edən müzakirədən sonra qanun layihəsini 128 əleyhinə 95 səslə qəbul edib.
Müxaliflər qanunun müsəlmanları hədəf aldığını və Hindistan konstitusiyasını pozduğunu deyirlər.
Müxalifət lideri Mallikarjun Kharge, Rajya Sabhadakı çıxışında, hakim Bharatiya Janata Partiyasını (BJP) müsəlmanları hədəf alaraq bölücülük etməkdə günahlandırdı. Kharge qanun layihəsini “konstitusiyaya zidd” və Hindistan müsəlmanları üçün zərərli adlandırıb və onu geri götürməyə çağırıb. O, qanun layihəsində çoxlu “səhvlərin” olduğunu vurğulayıb.
Baş nazir Narendra Modinin hindu millətçi hökuməti tərəfindən təklif edilən qanunvericilik, müsəlman xeyriyyə və fondlarını tənzimləyən qanunları dəyişdirəcək. Qanun layihəsi 14 milyard dollardan çox olan fond aktivlərinə təsir göstərir.
Qanunun ən mübahisəli tərəfi mülkiyyət hüququnun yoxlanılması qaydaları ilə bağlıdır. Hindistanda bir çox tarixi məscid, ziyarətgah və qəbiristanlıqların heç bir rəsmi sənədi yoxdur, çünki bu fondlar əsrlər əvvəl heç bir qanuni qeyd olmadan yaradılıb.
Tənqidçilər xəbərdarlıq edir ki, torpaq mülkiyyətini yoxlamaq üçün vəqf şuralarının rayon səviyyəsində təsdiq tələb etməsi hökumət tərəfindən dəstəklənən zəbt və hüquqi mübahisələrə yol aça bilər.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Hindistan prezidenti Droupadi Murmu tərəfindən təsdiqlənməsi gözlənilir.
Hindistanın 1,4 milyard əhalisinin 14%-ni təşkil edən müsəlmanlar ölkənin ən böyük azlıq icmasıdır. Hökumətin 2013-cü ildə apardığı araşdırmaya görə, onlar Hindistanın ən yoxsul icması idilər.
4275569