IQNA

Müsəlman Alimlər Şurası Əbu-Dabi Kitab Sərgisində Xüsusi tədbirlə İştirak edir

10:32 - April 28, 2025
Xəbər sayı: 3498089
İQNA - Müsəlman Alimlər Şurası Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində iştirak etməklə sülh və tolerantlığı təbliğ edir.

“Mübtəda” saytının verdiyi xəbərə görə, aprelin 26-dan mayın 5-dək 34-cü Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi keçiriləcək və Müsəlman Alimlər Şurası burada xüsusi tədbirlə iştirak edir.

Bu tərəfdaşlıq şuranın sülhü təşviq etmək, dialoq və tolerantlıq dəyərlərini aşılamaq və bütün irq və dinlərdən olan insanlar arasında əməkdaşlıq körpüləri qurmaq missiyasını əks etdirir.

Müsəlman Alimləri Şurasının baş katibi Məhəmməd Əbdül-Salam bildirib ki, Əbu-Dabi Kitab Sərgisi mədəni və sivilizasiyalararası əlaqələri təşviq edən, aparıcı yerli, ərəb və beynəlxalq yazıçı və naşirləri, ziyalıları və mütəfəkkirləri bir araya gətirən platformadır.

O, Müsəlman Alimlər Şurasının builki Əbu-Dabi Kitab Sərgisində “Əl-Hikmə” nəşriyyatının təqdim etdiyi 250-dən çox nəşrlə, eləcə də çoxsaylı intellektual və mədəni seminar və tədbirlərlə iştirak etdiyini və hər zamankindən daha çox diqqət çəkdiyini bildirib.

Müsəlman Alimləri Şurasının stendində Şuranın 2025-ci ilə aid son nəşrlərindən bəziləri və Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin 20-dən çox əsəri nümayiş olunur.

4278566

captcha