Bəhreyn xəbər agentliyinin verdiyi məlumata görə, müsabiqə Dini İşlər üzrə Ali Şura ilə əməkdaşlıq çərçivəsində təşkil olunub və mükafatlandırma mərasimi İsa Mədəniyyət Mərkəzində keçirilib.
Bu il 1598 kişi və 2644 qadın olmaqla, ümumilikdə 4242 yarışmaçı Bəhreynin 29-cu Milli Quran Hifzi və Qiraəti Müsabiqəsində iştirak edib.
Müsabiqə Quran mərkəzi tələbələri üçün hifz mükafatı, məktəb şagirdləri üçün “Bəyan” mükafatı, əlillər üçün “Ecran” mükafatı, həbsxanada məhbuslar üçün “Gafran” mükafatı, geniş ictimaiyyət üçün “Rızvan” mükafatı və ərəb dilini bilməyənlər üçün “Salman Əl Farsi” mükafatı kimi müxtəlif mükafat kateqoriyalarını əhatə edirdi.
Bəhreyndə ən böyük Quran yarışması kimi təşkil edilən tədbirin məqsədi Quranı əzbərləməyə və düzgün oxumağa təşviq etmək, Quranı əzbər bilənlərin əqli və tərbiyəvi biliklərini gücləndirmək, İslam təlimlərinin, Quranın və Peyğəmbərin (s) sünnəsinin vacibliyini vurğulamaqdır.
İlk dəfə 1996-cı ildə təşkil edilən müsabiqə Bəhreynin Ədliyyə, Dini İşlər və Vəqflər Nazirliyi, Daxili İşlər Nazirliyi, Sosial İnkişaf Nazirliyi və Təhsil Nazirliyi ilə birgə təşkil olunur.
4284559