Şəhər xəbər saytının məlumatına görə, nifrət zəminində törədildiyi iddia edilən hücumda 7 avtomobil və bir məscidə ziyan dəyib.
Durham Regional Polis Xidmətinin (DRPS) məlumatına görə, məmurlar şənbə günü 22:30 radələrində Şimali Kilsə küçəsi 111 ünvanına gələn zəngə cavab veriblər. Onlar çatanda yerli məscidin giriş qapısı ilə birlikdə yeddi avtomobilin dağıdıldığını gördülər.
Bazar günü yaydığı “press-reliz”də DRPS ictimaiyyətdən kömək istədi və dedi: “Hadisənin şahidi olan və ya o zaman ərazidən təhlükəsizlik kamerası və ya mobil telefon görüntüləri olan hər kəsdən polisə müraciət etmələrini xahiş edirik” deyildi.
Polis deyib: “Biz bu hadisənin müsəlman cəmiyyətində yaratdığı qorxu və narahatlığın fərqindəyik və hər kəsə bildirmək istəyirik ki, bu məsələyə ciddi yanaşırıq”.
O, həmçinin istintaqın davam etdiyini və onlara dəstək olmaq və bütün sakinlərin özlərini təhlükəsiz hiss etmələrini təmin etmək üçün icma liderləri ilə birlikdə işlədiklərini söylədi.
Hadisənin səbəbi rəsmən təsdiqlənməyib və hadisə ilə bağlı hələlik həbslər aparılmayıb. Bununla belə, hadisə nifrət motivli cinayət kimi qiymətləndirilir.
Orono Kanadanın Ontario əyalətində Torontodan şərqdə yerləşən kiçik bir icmadır.
Kanadada fəaliyyət göstərən “Hamı üçün ədalət” insan haqları təşkilatı hesabatında bildirib ki, hakimiyyət orqanlarının gördüyü tədbirlərə baxmayaraq, ölkədə islamafobiya artmaqdadır.
4284705