IQNA

Qahirədə məşhur Quran hafizlərinin qiraətlərini mühafizə edən muzey açılır

1:08 - June 12, 2025
Xəbər sayı: 3498346
İQNA – Misirin ən məşhur Quran qarilərinin nadir qeydə alınmış qiraətlərini qorumaq üçün Qahirə Radio və Televiziya binasında muzeyin yaradılması planlaşdırılır.

“Əl-Qüds Əl-Ərəbi” internet saytının xəbərinə görə, Maspero Muzeyi layihəsi Şeyx Muhəmməd Rəfət, Şeyx Mustafa İsmayıl, Şeyx Mahmud Xəlil Əl-Husari və Şeyx Əbdul-Basit Əbdüs-Saməd kimi məşhur qiraətçilərin orijinal səs arxivlərini qorumaq məqsədi daşıyır.

Maspero Muzeyi layihəsi insan səslərini, xüsusən də dini və ya mədəni kontekstlərdə yenidən yaratmaq üçün süni intellektin istifadəsi ilə bağlı artan narahatlıqlar fonunda baş verir.

Süni intellekt tərəfindən yaradılan məzmun cəlbedicilik qazansa da, bəziləri onun həqiqi insan performansının mənəvi dərinliyindən məhrum olduğuna inanırlar. Bu baxımdan muzey orijinal səslərin həqiqiliyinin və emosional gücünün qorunmasında mühüm addım hesab olunur.

Misirin məşhur Quran qarilərinin qeydlərini qorumaq məqsədi daşıyan layihədə Şeyx Məhəmməd Rəfət, Şeyx Mustafa İsmayıl, Şeyx Mahmud Xəlil Əl-Husari və Şeyx Əbdul-Basit Əbdüs-Saməd, Şeyx Mahmud Siddiq Minşavi, Şeyx Məhəmməd Mahmud Təblavi, Şeyx Əbdül-Fəttah Şüeyşə, Taha Feşni, Rağib Mustafa Qəlvəş, Mahmud Əli Əl-bənna və Əbdül-Munim Əl-Tuhi kimi qızıl səsli tanınmış adların uzun siyahısı var. Misir Milli Media Təşkilatının rəhbəri Əhməd əl-Müslimani bildirib ki, muzeyin Misir xalqı və bütün İslam ölkələrindən gələn qonaqlar üçün açılması radio irsinin, o cümlədən məşhur hafizlərin lentə alınmış Quran əsərlərinin əhəmiyyətini vurğulayacaq.

4287179

Teqlər: qari ، misir ، muzey ، qiraət ، nadir qiraətlər
captcha