“İQNA”-nın “İlka” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu yaxınlarda yayımlanan bir insan hüquqları hesabatı Hindistanda, xüsusilə də müsəlmanlar və xristianlara qarşı nifrət və təhrik xarakterli cinayətlərin narahatedici şəkildə artdığını göstərir. Hesabatda vurğulanır ki, bu təcrübələr Bharatiya Canata Partiyasının (BJP) hakimiyyəti dövründə və baş nazir Narendra Modi-nin rəhbərliyi altında “sistematik və institusional” bir hala çevrilməkdədir.
Bu hesabat Hindistanda Vətəndaş Hüquqlarının Müdafiəsi Assosiasiyası tərəfindən Kovil Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Hesabat 7 iyun 2024 – 7 iyun 2025 tarixləri arasında baş vermiş 947 nifrət çıxışı hadisəsini sənədləşdirib ki, onların böyük əksəriyyətində qurbanlar müsəlmanlar olub.
Sənədləşdirilmiş 345 nifrət çıxışı hadisəsindən 178-nin birbaşa hakim BJP partiyasının üzvləri, o cümlədən baş nazir Modi və bir neçə ştatın baş nazirləri tərəfindən edildiyi bildirilib ki, bu da zorakılıqları rəsmi şəkildə təhrik etməyə işarə edir.
Hesabatda vurğulanır ki, bu cür nifrət çıxışları çox zaman zorakı hərəkətlərdən əvvəl və ya eyni vaxtda baş verir və təcavüzkarları hücumlarını davam etdirməyə təşviq edən bir “cinayət ortaqlığı və susqunluq mühiti” yaradır.
Hesabat dövründə müsəlmanlara qarşı azı 419 hücum qeydə alınıb ki, bu da 25 nəfərin ölümü və 1400-dən çox insanın yaralanması ilə nəticələnib. Eyni zamanda, 85 xristian məbədi, o cümlədən kilsələr, keşişlər və dua mərasimləri də zorakı hərəkətlərin hədəfi olub və bu hücumlar 1500-dən çox insanı təsir altına alıb.
Bu tədbirlər yalnız böyüklərlə məhdudlaşmayıb. Hesabatda müsəlman uşaqların hədəf alındığı 32, yaşlıların hədəf alındığı isə 10 hal sənədləşdirilib. Hətta bu hallar arasında bir xristian keşişinin polis bölməsində yardım istədiyi vaxt döyülməsi də yer alır.
Bütün bunlarla yanaşı, cinayətlərin 87 faizindən çoxu rəsmi şəkildə araşdırılmayıb ki, bu da məhkəmə sisteminin, xüsusilə də Modi-nin partiyasının hakim olduğu ştatlarda nə qədər zəif olduğunu göstərir. Bu baxımdan ən diqqətçəkən ştatlar Uttar Pradeş (217 hadisə), Madhya Pradeş, Maharaştra və Jharkhand olmuşdur.
4291651