“Əl-Quds əl-Ərəbiyə”nin məlumatına görə, Demokrat Partiyasından Miçiqan ştatını təmsil edən Rəşidə Tlaib, Minnesotadan İlhan Ömər, Kaliforniyadan Lətifə Saymon və İndianadan Andre Karson birgə bəyanat verərək bildirdilər:
“Zəhran Məmdaniyə qarşı həmkarlarımız tərəfindən səsləndirilən bu utancverici, islamofob və irqçi böhtanlar qarşısında susa bilmərik.”
Onlar vurğuladılar:
“Seçilmiş rəsmilərə qarşı zorakılığın artdığı bir dövrdə bu hücumların davam etməsinə imkan verə bilmərik.”
Məmdani, demokrat-sosialistdir və ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkda meri postuna namizəd olan ilk müsəlmandır. O, xüsusilə Tennessi ştatından olan respublikaçı konqresmen Endi Oqelsin hücumlarına məruz qalıb. Oqels, cümə axşamı ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək Məmdaninin vətəndaşlığının ləğv edilməsini və onun ölkədən çıxarılmasını tələb edib. O, Məmdaniyə qarşı irqçi bir dildə “balaca Məhəmməd” deyə ifadə işlədib.
Bundan əlavə, demokrat senator Kirsten Gillibrand sübut olmadan Məmdaninin “qlobal cihad”a işarə etdiyini iddia edib və o, “İntifadəni qlobal edək” şüarının əslində Fələstinin azadlığı və zülmə qarşı çıxmaq deyil, “bütün yəhudilərin öldürülməsi” çağırışı olduğunu söyləyib.
Yeni seçilmiş demokrat nümayəndə Loren Gillen də Məmdanini əsassız olaraq “antisemit bəyanatların narahatedici nümunəsi”ndə ittiham edib.
Bu dörd nümayəndə bəyanatlarında bildirdilər ki, bu cür İslamofob və irqçi təsvirlər siyasi arenada kök salıb və getdikcə normaya çevrilir.
Onlar vurğuladılar:
“Biz bu hücumları yaxşı tanıyırıq. Həm Ömər, həm də Tlaib illərdir İslamofobiya və ölüm təhdidlərinə məruz qalıblar – həm köçkün keçmişləri, həm də Konqresdəki yeganə fələstinli qadın olmalarına görə.”
Onlar Fələstinin azadlığına verdikləri dəstəyə və İsrailin hücumları, işğalı, müstəmləkəçiliyi və aparteid siyasətinə qarşı çıxış etdiklərinə görə, eləcə də hazırda Haaqa Beynəlxalq Məhkəməsində soyqırım araşdırmasına səbəb olan Qəzzaya qarşı hücumlara etiraz etdiklərinə görə iki partiya tərəfindən də hücumlara məruz qalırlar.
Dörd konqresmen bir daha vurğuladılar:
“Seçilmiş rəsmilərə qarşı zorakılığın artdığı bir dövrdə Zəhran Məmdaniyə qarşı bu hücumlar qarşısında susa bilmərik. Çünki bu hücumlar ABŞ-da yaşayan müsəlmanların qeyri-insanlaşdırılmasına və onlara qarşı zorakılığın artmasına birbaşa səbəb olur.”
“Müsəlmanlara qarşı nifrətin normallaşdırılmasına və qorxutma siyasətinə qarşı tam şəkildə çıxırıq və ölkə üzrə bütün seçilmiş rəsmiləri bu cür nifrət dolu ritorikaya qarşı açıq danışmağa çağırırıq.”
Demokrat Partiyasından Vaşinqtonu təmsil edən Pramila Cəyapal da bəyanat yayaraq Məmdaninin ilkin seçkilərdə qalib gəlməsindən sonra Konqres üzvləri və Tramp administrasiyasının keçmiş rəsmiləri tərəfindən səsləndirilən irqçi, təhlükəli və iyrənc ifadələri qınadı.
Cəyapal dedi:
“Təkrarlanan İslamofobiya nümayişləri ABŞ-dakı milyonlarla müsəlmana və dünya müsəlmanlarına təhqirdir. Ən dəhşətli bəyanatlardan biri Məmdaninin vətəndaşlığının ləğv olunması və deportasiyası tələbi idi – halbuki o, ABŞ vətəndaşıdır və öz partiyasının namizədliyini Oqelsdən xeyli çox səslə qazanmışdır. Bu, Nyu-Yorklu seçicilərə və onların demokratiyaya olan inamına qarşı təhqirdir.”
O əlavə etdi:
“Bir ABŞ vətəndaşının vətəndaşlığını ləğv etmək cəhdi Trampın qanuni miqrantlara qarşı planının bir hissəsidir. Bu qəddar və bu ölkənin qanunlarına ziddir.”
Cəyapal davam etdi:
“Məmdaniyə qarşı nifrət dolu ritorika kimin üçünsə həyat bahasına başa gələ bilər və hamımız qəzəbli olmalıyıq. Bu aqressiya dərhal dayandırılmalıdır. Demokratiyaya, dini azadlığa və amerikalılar arasında bərabərliyə inanan hər kəs bu təhlükəli və dəli hücumlara dərhal qarşı çıxmalıdır.”
4291827