IQNA

BMT-nin İraqdakı nümayəndəsi: “Kərbəlanın hər kəsin qəlbində xüsusi yeri var”

4:21 - July 06, 2025
Xəbər sayı: 3498475
İQNA - BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Kərbəla vilayətinə səfəri və valisi ilə görüşü zamanı vurğulayıb ki, Kərbəla böyük bir şəhərdir və hər kəsin qəlbində xüsusi yerə malikdir.

“İQNA”-nın İraqın rəsmi xəbər agentliyi “VAA”ya istinadla verdiyi xəbərə görə, Kərbəla valiliyi yaydığı bəyanatda bildirib: “Kərbəla valisi Nasif Casim əl-Xattabi BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Məhəmməd Həssanı qəbul edib və onunla bu vilayətlə BMT qurumları arasında birgə əməkdaşlıq perspektivləri barədə müzakirə aparıb

Bəyanata əsasən, Kərbəla valisi BMT-nin İraqdakı nümayəndəliyinin humanitar rolunu yüksək qiymətləndirib və vilayət rəsmilərinin bu vilayətin mövqeyini gücləndirmək və vətəndaşlara xidmət etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq və qarşılıqlı əlaqədə olmağa maraqlı olduqlarını bildirib.

Bəyanatda qeyd olunub: “Görüş zamanı Kərbəla valisi bu vilayətin dini və siyasi əhəmiyyəti, hər il milyonlarla zəvvarı cəlb etməsi, həmçinin xidmətlər, infrastruktur və digər mühüm sahələrin inkişafı istiqamətində görülən mühüm səylər barədə qısa məlumat verib.

BMT Baş katibinin nümayəndəsi də vilayətin müxtəlif bölmələrinə səfəri zamanı bildirib: “Kərbəla böyük bir şəhərdir və hər kəsin qəlbində xüsusi yerə malikdir”.

O, Kərbəlada müxtəlif sahələrdə baş verən ciddi inkişaflara toxunaraq, BMT-nin bu vilayətdə inkişaf və tikinti sahəsindəki səyləri daim dəstəklədiyini vurğulayıb və əlavə edib: “BMT nümayəndəliyi Kərbəlada baş verən müsbət dəyişiklikləri yaxından izləyir”.

4292704

captcha