“Şahid Elan” saytının xəbərinə görə, muzeyin idarə heyətinin sədri Həmud Həmad Əs-Sabiti türkiyəli qrupu qarşılayıb.
Türkiyə nümayəndə heyəti Səudiyyə Ərəbistanının müxtəlif bölgə və şəhərlərinin İslam mədəni irsinin bir hissəsi olan Hüdeybiyyə Sülhü Muzeyindəki eksponatlarla tanış olaraq, muzeyin məzmununu və müxtəlif bölmələrini yaxından görmək imkanı əldə edib.
Türkiyə heyətinə akademik qruplar, media fəalları və könüllü fəaliyyətlərin öncüləri də daxil olub. Muzeyi ziyarətin məqsədi Məkkənin tarixi abidələrini yaxından tanımaq və mədəni biliklərini artırmaq kimi açıqlanıb.
Proqramın sonunda Quran hafizləri və seçilmiş türkiyəli tələbələr ziyarətdən məmnun olduqlarını bildirərək muzey rəhbərliyinə təşəkkür ediblər və xatirə şəkli çəkdiriblər.
4295275