IQNA

“Şəfa”, Səudiyyə Ərəbistanında ilk Müsəlman Həkimlər Muzeyi

13:44 - July 22, 2025
Xəbər sayı: 3498571
Ciddə şəhərində yerləşən “Şəfa” muzeyi, tibb elminə həsr olunmuş ixtisaslaşdırılmış muzeylərdən biridir və ziyarətçilərə müsəlman alimlərinin və həkimlərinin müxtəlif sahələrdəki rolunu tanıdan məlumatlar təqdim edir.

 

“İQNA”-nın “sadanajd.com” saytına istinadla verdiyi xəbərə görə, “Şəfa” muzeyi Ciddə şəhərində yerləşən ilk ixtisaslaşmış muzeydir ki, müsəlman alimlərinin tibbin müxtəlif sahələrindəki rolunu əks etdirir və onların tibbi sahədəki sənədli əsərlərini ziyarətçilərə təqdim edir.

Bu muzey İslam dünyasının müxtəlif yerlərindən toplanmış minlərlə tibbi və bədii əsəri özündə cəmləşdirib və bu əsərlər İslam mədəniyyətinin qızıl dövründən müasir dövrə qədər tibb, cərrahiyyə və əczaçılığın inkişafını nümayiş etdirir.

Muzeydə İslam tibb tarixinin dörd görkəmli siması – Əbu Bəkr Razi, İbn Sina, Əbülqasım Zəhravi və İbn Nəfisə xüsusi bölmələr ayrılıb. Bu alimlərin kəşfləri və əsərləri tibbin əsaslarının formalaşmasında mühüm rol oynamış və əsrlər boyunca dünyanın nüfuzlu universitet və xəstəxanaları tərəfindən istinad mənbəyi olmuşdur.

Muzeydə İbn Sinanın “Əl-Qanun fi-Tibb” əsərinin ərəb dilindəki ilk nüsxəsi, Razinin “Çiçək və Məxmərək” adlı əsərinin latın versiyası və Zəhravinin “Ət-Təsrif” əsərinin hind dilindəki nüsxəsi kimi unikal əsərlər də nümayiş olunur.

Həmçinin burada aşağıdakı nadir əlyazmalar qorunub saxlanılır:

3-cü hicri əsrə aid Hübeyş əl-Əsəm tərəfindən yazılmış “İslah əl-ədviyyə”

Əbu İshaq əl-Mütəttibbə tərəfindən yazılmış “Həyat ən-Nəfs”

İbn Nəfisin 879 hicri tarixli “əl-Mücəzz fit-Tibb” əsəri

Razinin dövrünə qədərki tibbi bilikləri əhatə edən “əl-Havi” ensiklopediyası

Davud Əntakinin “Təzkirə” əsəri

İnsan anatomiyasını əks etdirən miniatürlərlə bəzədilmiş əlyazmalar

Muzey 9 əsas bölməyə bölünüb və burada aşağıdakı tibbi ixtisas sahələri nümayiş olunur:

Tibbi Nəbəvi

Anatomiya

Yoluxucu və epidemik xəstəliklər

Tərcümə və müəlliflik

Göz xəstəlikləri

Mamaçılıq və ginekologiya

Əczaçılıq

Cərrahiyyə

Diaqnostika və tibbi təhlil

Bu muzeyi ziyarət etmək, İslam mədəniyyətində tibbi metodların inkişafını əhatə edən bənzərsiz bir elmi səfər sayılır.

Bundan əlavə, “Şəfa” muzeyində müasir dövrdə tibb sahəsində mühüm rol oynamış müsəlman alimləri də təqdim olunur və onların əlyazmaları və tibbi əsərləri ziyarətçilərə təqdim edilir. Bu da müsəlman həkimlərin bəşəriyyətə xidmətini aydın şəkildə göstərir.

Muzeyin müxtəlif bölmələri ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

kod

4295530

Teqlər: ərəbistan ، səfa ، muzey ، müsəlman
captcha