“İQNA”-nın “əl-Ərəb fi Britaniya” saytına istinadla verdiyi xəbərə görə, İngiltərə hökuməti İslamofobiyaya dair məlumat verən Tel Mama təşkilatı ilə münasibətlərini bitirdikdən bir neçə ay sonra, bu ölkədə müsəlmanlara qarşı nifrət cinayətlərinə nəzarət sahəsində yeni tərəfdaş kimi “Britaniya İslam Etimad Fondu”nu (BMT) təyin edib. Gözlənilir ki, BMT qarşıdan gələn payızın əvvəlindən etibarən bu kimi hadisələrə dair hesabatların qəbuluna və onlara nəzarətə başlayacaq.
Keçən ilin mart ayında bəyan edilmişdi ki, hökumət 13 il ərzində müsəlmanlara qarşı nifrət cinayətlərinə nəzarət sahəsində fəaliyyət göstərən öncül təşkilat olan Tel Mama-ya birbaşa maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.
Bu illər ərzində Tel Mama hökumətdən 6 milyon funt sterlinq maliyyə almışdı. Lakin may ayında təşkilat bəyan etdi ki, Əqidə naziri və Leyboristlər Partiyasının üzvü Vəcid Xanla münasibətlərin pozulması və rəqiblərə yönələn tənqidlər səbəbilə hökumətin altı aylıq büdcə təklifi rədd olunub.
Bu məsələ ilə əlaqədar olaraq, aprel ayında müsəlman üzvlərdən biri olan Şayista Gohir, ictimai vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflığın olmamasına görə Tel Mama-nın fəaliyyətinin araşdırılmasını tələb edib. Lakin Tel Mama bu iddiaları rədd edərək, hökumətə hesabat vermək üçün standart prosedurlara əməl etdiyini və bu mövzuda heç bir rəsmi araşdırmanın başlanmadığını bildirib.
“Britaniya İslam Etimad Fondu” (BMT) “Aziz Fondu” və “Runnymede Xeyriyyə Fondu”nun maliyyə dəstəyi ilə yaradılıb və yeni qurumun icraçı direktoru, müsəlmanlarla bağlı ictimai məsələlərdə fəal olan Akil Əhməd olacaq. O, həmçinin Britaniya Müsəlmanlar Şəbəkəsi (BMN) adlı qurumun təsisçilərindən biridir. Bu şəbəkənin məqsədi İngiltərədəki müsəlmanların səsini gücləndirmək və onların cəmiyyətə verdiyi müsbət töhfələr barədə siyasətçiləri məlumatlandırmaqdır.
Digər tərəfdən, BMT vurğulayıb ki, BMN-dən müstəqil bir qurumdur və fəaliyyət sahəsi yalnız hökumət tərəfindən tapşırılan vəzifələrlə məhdudlaşır. Halbuki BMN daha geniş bir fəaliyyət sahəsinə malikdir və heç bir hökumət maliyyəsi almır.
4295811