IQNA

İngiltərədə islamofobiyaya yeni tərifin verilməsi dayandırıldı

8:49 - August 21, 2025
Xəbər sayı: 3498728
İQNA - İngiltərə hökumətinin islamofobiyaya dair yeni tərif hazırlamaq səyləri maneələrlə üzləşib və tövsiyələrin təqdimatı təxirə salınıb.

“İQNA”-nın “Axbar al-Shia”-ya istinadən verdiyi xəbərə görə, islamofobiyaya rəsmi tərif müəyyənləşdirmək təşəbbüsü ciddi çətinliklərlə qarşılaşıb və avqust ayında təqdim olunmalı olan tövsiyələrin gecikməsinə səbəb olub.

Baş nazirin müavini və mənzil naziri Anjela Rayner ötən bahar müsəlmanlara qarşı nifrət yönümlü davranışların tərifini hazırlamaq üçün işçi qrup yaratmışdı. Lakin hökumətin bu məsələ ilə bağlı məsləhətləşmələrə məhdud sayda təşkilatı cəlb etmək planı geniş tənqidlərə səbəb oldu.

London Times qəzetinin məlumatına görə, bu sahədəki çoxsaylı tənqidlər hökumət işçi qrupunu işin davamına başlamazdan əvvəl müxtəlif qurumlardan məsləhət almaq üsuluna yenidən baxmağa məcbur edib.

Bu addım siyasi qalmaqala səbəb olub. Müxalifət partiyaları hökuməti İngiltərə müsəlmanlarına təsir edən həssas bir mövzuda “gizli məsləhətləşmə” aparmaqda ittiham ediblər. Lakin planın tərəfdarları isə geniş iştirakın islamofobiya anlayışı ətrafında ictimai müzakirələrin çoxluğunu ortaya qoyduğunu bildiriblər.

Müşahidəçilər tövsiyələrin təxirə salınmasının mövzunun mürəkkəbliyini və baxışların müxtəlifliyini göstərdiyini deyirlər. Fəallar isə İngiltərə müsəlmanlarını ayrı-seçkilik və nifrət təbliğatından qorumaq üçün islamofobiyaya dair aydın və məcburi tərifin müəyyən edilməsini tələb edirlər.

4300800

captcha