“İQNA”-nın “əl-Məlumə”yə istinadən verdiyi xəbərə görə, məlumatlı mənbələr, çərşənbə günü bildiriblər ki, Colani terror rejimi və onun tabeliyində olan dəstələr Suriyada törətdikləri cinayətlərin əks-sədasından yayınmaq üçün çox çalışıblar.
Onlar əlavə ediblər: “Bu cinayətlər xüsusilə son həftələrdə Süveydə şəhərində böyük hay-küyə səbəb olub. Colani terrorçularının bu şəhərə yürüşü zamanı və minlərlə xristian ailəsini oradan qovarkən azı altı kilsə yandırılıb”.
Qeyd olunub ki, bu cinayətlər Colani rejiminin Suriyada törətdiyi uzun siyahıdakı təcavüzlərinə əlavə olunur. Terrorçular bu ölkədə yalnız ələviləri və ya druziləri deyil, həm də xristianları hədəfə alırlar.
Mənbələr bildiriblər ki, Colani rejiminin məqsədi bu bölgələrdə demoqrafik quruluşu dəyişməkdir.
4303005