IQNA

İspaniyanın Baş Naziri: “İsrailə təzyiqi artıracağıq”

10:34 - September 10, 2025
Xəbər sayı: 3498838
İQNA - İspaniya Baş Naziri Pedro Sançes bildirib: “İsrail rejiminə silah daşıyan gəmilərin və təyyarələrin İspaniya limanlarına daxil olması və ya bu ölkənin hava məkanına girişinə qadağa qoymaqla İsrailə təzyiqi artıracağıq.

“Reuters”in verdiyi məlumata görə, Pedro Sançes bazar ertəsi bəyan edib ki, İspaniya Fələstin Muxtariyyətinə və Yaxın Şərqdəki fələstinli Qaçqınlara Yardım və İş üzrə BMT Agentliyinə (UNRWA) yardımı artıracaq və işğal olunmuş Fələstin torpaqlarında İsrail yaşayış məntəqələrində istehsal olunmuş malları boykot edəcək.

Sançes yerli televiziyadan yayımlanan ictimai çıxışında əlavə edib: “Ümid edirik ki, bu tədbirlər Netanyahunun üzərinə təzyiqi artıracaq və fələstinlilərin çəkdiyi bəzi iztirabların azalmasına kömək edəcək.”

Sançes həmçinin vurğulayıb: “İspaniya birbaşa “soyqırımda” iştirak edən hər kəsin ölkəyə girişini qadağan edəcək”.

Xatırladaq ki, İsrailin xarici işlər naziri bazar ertəsi verdiyi bəyanatda iddia edib: “Sançes daxildəki korrupsiya qalmaqallarından ictimaiyyətin diqqətini yayındırmağa çalışır və onun bu addımlarını “antisemitizm” kimi qiymətləndirib”.

4304037

captcha