“Əl-Cəzir”ənin məlumatına görə, bu açıqlama Hyustonda imam Qasım Xan tərəfindən rəhbərlik edilən kampaniyaya cavab olaraq irəli sürülüb. Həmin kampaniya bəzi müsəlmanlara məxsus mağazalardan donuz əti və alkoqol kimi İslamda qadağan olunmuş məhsulların satışını dayandırmağı tələb etmişdi. Bu kampaniya isə siyasi və media dairələrində böyük səs-küyə səbəb olub.
ABŞ-da ifrat sağçı qüvvələrlə eyni mövqedə olan şəxslər iddia ediblər ki, Teksasdakı müsəlmanlar amerikalıların donuz əti yeməsini və alkoqol içməsini qadağan etmək istəyirlər.
Amerika-İslam Əlaqələri Şurası (CAIR) vali Qreq Abbottun qərarına cavab olaraq bildirib ki, İslam şəriəti qanunları digər dini qanunlar (yəhudi və katolik) kimi yalnız şəxsi və dini məsələlərdə tətbiq olunur və ABŞ qanunları ilə ziddiyyət təşkil etmir.
Qreq Abbott dini və təhlükəsizlik məsələləri ilə bağlı açıqlamaları ilə tanınan siyasi fiqurdur, Respublikaçılar Partiyasının üzvüdür və 2015-ci ildən Teksas valisi kimi fəaliyyət göstərir.
Bu vali daha əvvəl Teksasın Cozefin şəhəri yaxınlığında 400 hektar ərazidə müsəlmanların ev və məscid tikintisinin qarşısını almağa çalışmışdı.
Abbott yaxınlarda sosial şəbəkələrdə bu layihə ilə bağlı videonu yenidən paylaşaraq belə yazmışdı: “Aydınlaşdırmaq üçün bildirirəm ki, Teksasda İslam şəriəti qanunları qadağandır və heç bir şəhərə şəriət qanunlarını tətbiq etməyə icazə verilmir.”
2024-cü ildə müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı 8 min 658 şikayət qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 7,4 faiz artım deməkdir. Sorğular göstərib ki, amerikalı müsəlmanlara qarşı ayrı-seçkilik səviyyəsi təxminən 15 faizə çatıb.
4304734