IQNA

Çamlıca Məscidi İslam Sənəti Muzeyi; nəfis əlyazısı Quranlara ev sahibliyi edir

11:04 - October 02, 2025
Xəbər sayı: 3498966
İQNA - İstanbulun Çamlıca məscidindəki İslam İncəsənəti Muzeyi, aralarında bir neçə nadir xəttatlıqla yazılmış Quran nüsxələrinin də olduğu 800-dən çox sənət əsərinə ev sahibliyi edir.

 

“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Çamlıca məscidi (Çamlıca Camii) Türkiyənin ən böyük məscidi və İstanbul şəhərinin məşhur ibadətgahlarından biridir. Məscid 2019-cu ildə istifadəyə verilib. Onun memarlıq üslubu Osmanlı memarlığından və məşhur memar Sinanın əsərlərindən ilhamlanıb. Dörd minarəsi var və hər biri 107,1 metr hündürlüyündədir. Bu rəqəm 1071-ci ildə baş vermiş Malazgird döyüşünü xatırladır. Həmin döyüşdə Səlcuq türkləri sərkərdə Alp Arslanın rəhbərliyi ilə Bizans ordusunu məğlub etmişdi.

Eyni adlı təpənin üzərində yerləşən məscid 7 mart 2019-cu ildə xalqın ixtiyarına açılıb. Osmanlı dövrü məscidlərinin memarlığını təqlid edən bu tikili, Sinanın məşhur Süleymaniyyə məscidi də daxil olmaqla 300-dən çox əsərindən təsirlənib.

Çamlıca məscid kompleksi təxminən 60 min nəfərin ibadət edə biləcəyi böyük namaz zalına, muzeyə, qalereyaya, incəsənət emalatxanalarına, kitabxanaya və konfrans salonuna malikdir.

kod

Məscidin əsas günbəzi şəhərin bir çox yerindən görünür. Onun hündürlüyü 72 metrdir və bu, Türkiyədəki 72 etnik qrupu simvolizə edir. Günbədin diametri isə 34 metrdir və İstanbulun avtomobil koduna işarə edir. Günbəzin iç tərəfində Allahın 16 adı xüsusi incəsənətkarlıqla işlənib ki, bu da Cümhuriyyətin yaranmasından əvvəl mövcud olmuş 16 böyük türk imperiyasını təmsil edir. Məscid həmçinin İslamın beş şərtini ifadə edən beş kiçik günbəzə və behiştin səkkiz qapısını simvolizə edən səkkiz tarixi qapıya sahibdir.

Çamlıca məscidi 2019-cu ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bir çox müsəlman ölkəsinin nümayəndələrinin iştirakı ilə rəsmi olaraq açılıb. 125 min kvadratmetr ərazidə inşa edilmiş bu məsciddə 3000-dən çox avtomobil üçün dayanacaq var. Onun ümumi tutumu eyni anda təxminən 60 min nəfərə ibadət imkanı verir.

Məscidin interyeri Quran ayələri və bəzi səhabələrin adları ilə bəzədilib. Daxili günbəd möhtəşəm sənət əsəri kimi dəyərləndirilir və məscidin həyətinin mərkəzində yerləşir.

İbadətdən əlavə, məscidin müxtəlif bölmələrini, o cümlədən zəngin kitab fondu olan böyük kitabxanasını, həmçinin İslam, mədəniyyət və incəsənət sahələrinə aid minlərlə kitabı görmək mümkündür. Burada müxtəlif İslam incəsənəti sərgilərinin keçirildiyi qalereya da fəaliyyət göstərir. Məscidə bağlı İslam İncəsənəti Muzeyində isə tarixi dəyərə malik nadir Quran nüsxələri də daxil olmaqla 800-dən çox İslam sənət əsəri qorunur.

 
چاملیجا
 
چاملیجا
 
چاملیجا
 
چاملیجا
 
چاملیجا

4307961

captcha