“İQNA”-nın “Əl-Aləm” kanalına istinadən verdiyi məlumata görə, ABŞ və Kanadanın bir neçə hava limanında səsgücləndirici sistemlər kiber qruplar tərəfindən sındırılıb və xarici dildə musiqi ilə müşayiət olunan mesajlar səsləndirilib.
Kanadanın Kral Atlı Polisi (RCMP) bu barədə açıqlama verərək bildirib ki, Britaniya Kolumbiyası əyalətində yerləşən Kelowna Beynəlxalq Hava Limanının reklam yayım xidməti qısa müddətlik ələ keçirilib və “icazəsiz məzmun” yayımlanıb.
Viktoriya Beynəlxalq Hava Limanında da hakerlər üçüncü tərəfə məxsus proqram vasitəsilə səsgücləndirici sistemə daxil olaraq, xarici dildə mesajlar yayıblar. Hava limanının sözçüsü bildirib ki, hücum müəyyən edildikdən sonra daxili səs sistemi aktivləşdirilib və nəzarət geri alınıb.
O əlavə edib ki, Kanada Kibertəhlükəsizlik Mərkəzi və federal polis hadisəni araşdırır.
ABŞ-da isə Pensilvaniya ştatındakı Harrisburg Beynəlxalq Hava Limanı oxşar hücumun hədəfi olub.
ABŞ nəqliyyat naziri Şon Daffi sosial şəbəkələrdə bildirib ki, Federal Aviasiya Administrasiyası (FAA) və hava limanı rəsmiləri bu hücumla bağlı araşdırma aparırlar.
4311182