“İQNA”-nın “əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, Şeyx Ğazal Ğazal bəyanat yayaraq cari ayın 8-dən 12-dək ümumi tətil və beş günlük işlərin dayandırılacağını elan edib.
O bildirib ki, bu tətil 8-dən 12-dək davam edəcək və etirazçılar bu müddətdə mövcud şəraitə dinc reaksiya olaraq evlərindən çıxmayacaqlar.
Şeyx Ğazal bu qərarı izah edərək deyib: “Gözlənilirdi ki, ‘süqut günü’ istibdadın sonu olsun, lakin baş verən ‘vətənin qalan hissəsinin süqutu’ oldu; o da ‘azadlıq’ şüarı altında.”
O əlavə edib: “Bəziləri çalışırlar ki, xalqı zorla ‘zülmkar bir hökumətin daha zülmkar bir hökumətlə əvəz olunmasını’ bayram etməyə məcbur etsinlər.”
Şeyx Ğazal davam edib: “Onlar həbs, qətl, parçalama, adam oğurluğu və yandırma ilə, indi isə dolanışığımızı sürgün, köçürmə, zülm və qorxutma ilə hədələyirlər ki, bizi qanımız və əzabımız üzərində qurulmuş bayramlarda iştirak etməyə məcbur etsinlər.”
Bundan əvvəl də Şeyx Ğazal Ğazal bəyan etmişdi ki, biz heç vaxt kimliyimizi qurban verən mərkəzləşdirilmiş siyasi İslam əmirliyini qəbul etməyəcəyik.
O, əl-Məyadin telekanalına müsahibəsində əlavə etmişdi: “Ələvi cəmiyyətinə edilən hər hansı təcavüz cavabsız qalmayacaq və biz bu qarşısında susmayacağıq.”
4321272